Məhkəmə qərarları › İş №3(008)-5920/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5920/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5920/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı Mehman Səfərovun, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi (anası) X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Tərtər rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, YYM nömrəsiz ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 30 sentyabr 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə X5 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı Mehman Səfərov izahatında bildirdi ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə X5 döymüş, zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir.İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, əslində arvadı ilə mübahisə edərkən qızı söhbətə müdaxilə etmişdir. Bu zaman o, qızına əsəbləşərək irad bildirdikdə qızı onun ünvanına nalayiq sözlər demiş, o isə bundan hiddələnərək qızını vurmuşdur. Etdiyi əməldən peşman deyil. Belə ki, X7 dəhv etdiyindən o da bir ata kimi haqlı olaraq onu vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə izahat vermiş zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, Şəxs şikayətçidir. Belə ki, onun tatası hər gün evdə anası ilə mübahisə yaradır, nalayiq sözlər işlədir. Hadisə günü atası yenə nalayiq sözlər işlətdikdə o, ətrafda qonşuların eşitdiyini atasına irad kimi bildirdikdə atası onu vurmuş və nəticədə ona xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X8 baş vermiş hadisənin şahidi olduğunu, Şəxs onunla mübahisə etdiyi və nalayiq sözlər işlətdiyi zaman qızı atasına irad bildirərək qonşulardan ayıb olduğunu bildirdikdə Şəxs qızı Fatiməni döymüş və ona xəsarətlər yetirmişdir. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olaraq Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün materialın aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyi” X13 canlı şəxsin ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 2210 saylı rəyindən görünür ki, X1 bazu və sağ kürək nahiyyələrinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən 18 sentyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 20 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə X5 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyi” X13 canlı şəxsin ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 2210 saylı rəyi, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Vəliyev X2 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəliyev X2 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 oktyabr 2022-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar