Məhkəmə qərarları › İş №3(008)-5923/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5923/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5923/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 42ci PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ 42-ci Polis Bölməsi tərəfindən təqdim edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və əlavə sənədlərdən görünür ki, vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus Ləhiş bağları 22-ci dalanda yerləşən 0,12 ha torpaq sahəsində olan hasar Şəxs tərəfindən sökülmüşdür. Bununla da Zərərçəkmiş şəxs 4280 manat ziyan dəymişdir. Protokolu müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Sabunçu rayon, Ləhiş bağları, 22-ci dalan 2682 A saylı bağ evi Bağlar İdarəsi və X3 tərəfindən atasına verilmişdir və həmin torpaq sahəsi atasından ona keçmişdir. Həmin torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxslə bağlı aralarında mülki mübahisə olmuş, lakin onun çıxarılması təmin edilməmişdir. Hazırda həmin torpaq sahəsinə dair çıxarış alınması ilə bağlı DƏDRX tərəfindən imtina məktubu verilmiş və onun əsasında Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Torpaq sahəsində olan hasarı atası Tahir Cəfərovun vəsaiti əsasında Zərərçəkmiş şəxs inşa etdirmişdir. Reyster xidmətindən gəlib torpaq sahəsini ölçərkən Zərərçəkmiş şəxs onlara mane olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, həmin torpaq sahəsinə dair çıxarış alınması ilə bağlı DƏDRX tərəfindən imtina məktubu verilmiş və onun əsasında Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və bununla bağlı məhkəmə bildirişini təqdim etmişdir. Onun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 oktyabr 2025-ci il tarixli qərarından məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Sabunçu rayon, Ləhiş bağları, 22-ci dalan 2682 A saylı bağ evi Maştağa Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 40/260 saylı sərəncamı ilə arvadı X5 adına sənədləşdirilmişdir. 08 aprel 2025-ci il tarixdə həmişə olduğu kimi sözü gedən torpaq sahəsinə gələn zaman hasarın söküldüyünü aşkar etmiş və hasarın Şəxs tərəfindən sökülməsini müəyyən etmiş və bununla bağlı polisə müraciət etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, həqiqətəndə Şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və o (həyat yoldaşı) da maraqlı şəxs qismində cəlb edilmişdir. Şəxs tərəfindən verilmiş order üzərində\ 81 N-li BTK yazılsa da, arxiv çıxarışında olan Ləhiş 138 N-li bağ-tikinti kooperitivi üzvlərinin siyahıısı ilə Orderdə olan nömrə uyğunluq təşkil etmir. Həmin orderi mübahisələndirməmişdir. Təqdim edilmiş sənədlərə daxildir: - MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol; -xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar; -xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar -xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli raport: -hadisə yerinə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokol: -hadisə yerinə baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokol: -Zərərçəkmiş şəxs ərizəsi və izahatları, foto-şəkillər: -Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1990-cı il verilmiş 15/558 saylı qərara əsasən Ləhiş bağları 81 saylı BTK nəzdində olan 0,12 ha torpaq sahəsi olan 2686a nömrəli bağ X6 ayrılmışdır. -Bakı şəhər Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 40/260 saylı sərəncama əsasən Maştağa qəsəbəsi “Ləəç” bağ massivi sahə 2686a-da olan 1200 kv.m torpaq sahəsi fəərdi baş evi tikintisi üçün X8 ayrılmışdır. Məhkəmə protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərar qəbul edir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən ilk öncə əmlakın başqasına aid olması müəyyən edilməli, daha sonra isə həmin əmlakın başqası tərəfindən qəsdən məhv edilməsi və zədələnməsi aşkar edilməlidir. Belə ki, təqdim edilmiş Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1990-cı il verilmiş 15/558 saylı qərara əsasən Ləhiş bağları 81 saylı BTK nəzdində olan 0,12 ha torpaq sahəsi olan 2686a nömrəli bağ X6 ayrılmışdır. Bakı şəhər Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 40/260 saylı sərəncama əsasən Maştağa qəsəbəsi “Ləəç” bağ massivi sahə 2686a-da olan 1200 kv.m torpaq sahəsi fəərdi baş evi tikintisi üçün X8 ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11502/204 saylı xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddiaçı X4 cavabdeh ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə iddia tələbinə dair mübahisə vardır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs də həmin torpaq sahəsi ilə bağlı mübahisələrinin olmasını təsdiq etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi mübahisəli olmaqla, həm Şəxs müvafiq sənədləri təqdim edərək ona məxsus olmasını, həm də Zərərçəkmiş şəxs müvafiq sənədləri təqdim edərək ona məxsus olmasını qeyd etmişlər. Həmin sənədlərinin hüquqi qüvvəsinin olmaması və ya ləğv edilməsi aşkar edilmir. Həmçinin hazırki mərhələdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 cavabdeh ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda mübahisə davam edir. Həmçinin HK-1/143 nömrə ilə qeydə alınmış materiallardan görünür ki, xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmilş və həmin qərarın Şəxs göndərilməsi müəyyən edilməmişdir. Həmin qərardaddan cəmi 3 gün sonra xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də işə təqdim edilmiş sənədlər əsasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalarn haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İXM-nin 100-cü maddəsinə riayət edilmədiyindən sənədlər Bakı şəhər Sabunçu RPİ 42-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhər Sabunçu RPİ 42-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində təqdim edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar