Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5928/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X13 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 14 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)- 85/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 576 manat tutularaq tələbkar X4 ödənilməlidir. Hazırda Şəxs 1856 manat məbləğində aliment borcu vardır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Şəxs əvvəlki aliment məbləğini hər ay ödəsə də, sonradan artırılmış məbləğ üzrə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, qətnamə üzrə Şəxs tələbin icrası barədə bildirişi bugün təqdim etmişdir. Alimentin azaldılması barədə Şəxs iddiası Füzuli rayon məhkəməsi tərəfindən təmin olunsa da hazırda icraya yönəldilmədiyindən borc məbləği dəqiq müəyyən edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, fəhləlik ilə məşğul olur, həmin qərardad üzrə tələbin könüllü icrası barədə bildirişi bu gün yəni 14 oktyabr 2025-ci il tarixdə əldə etmişdir. Eyni zamanda O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-85/2025 nömrəli qərardadı ilə artırılmış aliment məbləği ilə razılaşmamış, buna görə də alimentin həcminin azaldılması barədə Füzuli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)-1666/2025 nömrəli qətanməsi əsasında onun iddia tələbi qismən təmin edilmiş, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda o, həmin qətnamə qəbul edilənədək hər ay stabil olaraq 320 manat məbləğində ödəniş etmişdir. İcra sənədinin icrasından qərəzli olaraq yayınmamış, vaxtlı-vaxtında ödənişlər etmişdir. Bundan sonra Füzuli Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsasında müəyyən edilmiş aliment məbləğində ödənişlər edəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsni məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-85/2025 nömrəli qərardadı əsasında alimentin məbləği artırılmışdır, lakin Şəxs artırılmış aliment üzrə ödənişlər etməmişdir. 320 manat məbləğində ödənişlər etsə də artıq yeni qətnamə əsasında məbləğ 576 manat olaraq müəyyən edilmişdir. Övladı hazırlığa gedir, özü işləsə də qazandığı gəlir uşaqlarının bütün ehtiyaclarını qarşılamağa kifayət etmir. 2019-cu ildən hər ay hissə-hissə ödənişlər etmişdir. Lakin alimentin məbləği artırıldıqdan sonra tam şəkildə ödənişlər etmir və onun da uşaqlarının bütün ehtiyaclarını qarşılamağa imkanı çatmır. Odur ki, yaranmış aliment borcunun ona tam şəkildə ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, alimentin məbləği Füzuli rayon məhkəməsi tərəfindən azaldılmasından məlumatı var, həmin qətnanmədən apellyasiya şikayəti verməyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)/85/2025 nömrəli qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 18 sentyabr 2010-cu il təvəllüdlü X10 və 08 sentyabr 2014-cü il təvəllüldü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs ərizəçi Quliyeva (Hacıyeva) Səbinə Vaqif qızının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək hqqının 0,72 misli həddində indeksasiya olunması nəzərdə tutlmuşdur; İcraata başlamaq haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında 19 aprel 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)/85/2025 nömrəli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında 19 aprel 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişin surətini və qərarı 14 oktyabr 2025-ci il tarixdə qəbul etmişdir; Füzuli Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(064)-1666/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2593/2019 saylı 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-85/2025 saylı 03 mart 2025-ci il tarixli qərardadına əsasən indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilmiş, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 18 sentyabr 2010-cu il təvəllüdlü X10 və 08 sentyabr 2014-cü il təvəllüldü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tələbin könüllü icrası barədə bildirişi 14 oktyabr 2025-ci il tarixdə əldə etmiş, eyni zamanda O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-85/2025 nömrəli qərardadı ilə razılaşmayaraq həmin qərardadı mübahisələndirib Füzuli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)-1666/2025 nömrəli qətanməsi əsasında onun iddia tələbi qismən təmin edilmiş, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda o, həmin qətnamə qəbul edilənədək hər ay stabil olaraq 320 manat məbləğində ödəniş etmişdir. İcra sənədinin icrasından qərəzli olaraq yayınmamış, vaxtlı-vaxtında ödənişlər etmişdir. Bundan sonra Füzuli Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsasında müəyyən edilmiş aliment məbləğində ödənişlər edəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində hazırda tərtib edilmiş inzibati xəta haqqında protokol onun Abşeron Rayon Məhkəməsinin 8(012)- 85/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasından yayınması ilə bağlı tərtib edilmişdir. Lakin tələbin könüllü icrası haqqında 19 aprel 2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, tələbin könüllü icrası haqqında bildirişi bu gün yəni 14 oktyabr 2025-ci il tarixdə əldə etmişdir. Belə olan halda hər hansı tələbin üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Belə ki, tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. Göründüyü kimi, Şəxs həmin bildirişi aldığı vaxtdan 10 gün müddət keçməmişdir. Eyni zamanda, məhkəmə bildirir ki, tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2025-ci il tarixdə tərtib olunmasına baxmayaraq, bildirişin Şəxs çatdırılmasını təsdiq edən hər hansı sənəd iş materiallarında olmamışdır. Həmçinin, Quliyev X9 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-85/2025 nömrəli qərardadı ilə razılaşmayaraq həmin qərardadı mübahisələndirib Füzuli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2(064)-1666/2025 nömrəli qətanməsi əsasında onun iddia tələbi qismən təmin edilmiş, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya edilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-85/2025 nömrəli qərardadı əsasında hansı məbləğdə aliment borcunun olmasını belə dəqiq müəyyən etmək mümkün deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-5928/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5928/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver