Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5956/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, material protokolu tərtib edən orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 26-2-ci bəndinə əsasən Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri protokol tərtib etmək səlahiyyətinə malikdir. Göründüyü kimi, İXM-nin 388-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır və bu halda inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinlərinin səlahiyyətinə aiddir. Hazırki iş üzrə göstərilən tələb pozulmuş, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru C.Məmmədov tərəfindən tərtib edilmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs 14 oktyabr 2025-ci il tarixdə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi qeyd edilmiş lakin bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolda şəxsin bu əməli törətməsi nəticəsində ümumi olaraq İXM-nin 388-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Həmin maddənin məzmunundan görünür ki, qeyd edilən maddənin bir neçə bəndi vardır. Protokolda onun əməlinin İXM-nin 388-1-ci maddəsinin konkret olaraq hansı bəndinə aid olduğu qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını təsdiq edən sənəddir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən şəxsin törətməkdə ittiham olunduğu əməl (inzibati xətanın mahiyyəti) və həmin əməlin aid olduğu İXM-nin müvafiq maddəsi təfsilatlı şəkildə göstətilmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qanunvericiliyin qeyd edilən tələbləri də pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan və yuxarıda qeyd edilən pzontularla tərtib olunduğundan protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5956/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5956/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver