Məhkəmə qərarları › İş №3(008)-5962/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5962/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5962/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Xaçmaz rayonu Alıc Qışlaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Sabunçu RPİ-nin 14-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 14-cü PŞ-nə dəfələrlə çağrılsa da buna məhəl qoymamış, xx.xx.2025-ci il tarixdə Şəxs saxlanılaraq PŞ-nə dəvət olunsa da, buna məhəl qoymamış, çətinliklə həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bu hərəkətləri polisin qanuni tələbinə tabe olmamışdır. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:28 və 01:49-da ***-***-**-** nömrəsindən 102 xidmətinə zəng edərək məlumatı qəbul edən operatoru təhqir etmişdir. Bununla da Şəxs AR İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib edən Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:28 və 01:49-da Şəxs (055)-551-80-06 nömrəsindən 102 xidmətinə zəng edərək məlumatı qəbul edən operator xanımın və polisin ünvanına nalayiq ifadə işlətmişdir. Bununa bağlı səs yazısı CD disk şəklində məhkəməyə təqdim edilmişdir. Şəxs dəfələrlə PŞ-nə çağırılsada buna məhəl qoymamışdır. xx.xx.2025ci il tarixdə Şəxs rayonda saxlanılan zaman bölməyə gəlməkdən boyun qaçıraraq qaçmağa çalışmışdır. Çətinliklə həmin şəxs 14-cü PŞ-nə gətirilmişdir. Bu hərəkətləri ilə Şəxs AR İXM-nin 535.1 və 510-cu maddəsində nəzərdə tutulan hərəkətlərə yol vermişdir. Onu da qeyd edirki, Şəxs əvvəllər də anoloji xarakterli inzibati xəta törətmiş və bununla bağlı inzibati məsuliyyətə cəlb olunmuşdur. Yəni əvvəllər də 102 xidmətinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, oğurluq cinayəti törətdiyinə görə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ona qolbaq tətbiq edilmişdir. O, sonradan başqa ünvana köçmüşdür. Lakin onun ailə üzvləri ilə arasında əmlakla bağlı narazılıq olduğu üçün bununla bağlı arayış ədlə edib icra məmuruna təqdim edə bilməmişdir. Ailə üzvləri ilə arasında olan söz söhbətlə bağlı 102 xidmətinə zəng etmişdir. Lakin əsəbi və sərxoş olduğu üçün kobud danışmışdır. Polislər onu çağırsa da, o çağırışa getməmiş, onun arxasınca rayona gəldikdə yaxalanmamaq üçün qaçmışdır. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfimdən dəfələrlə PŞ-nə dəfələrlə çağırılsada buna məhəl qoymamışdır. xx.xx.2025-ci il tarixdə Şəxs saxlanılaraq PŞ-nə dəvət olunsada buna məhəl qoymamış, çətinliklə həmin şəxs PŞ-nə gətirilmişdir. Polisin qanuni tələblərini pozmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:28 və 01:49-da Şəxs (055)-551-80-06 nömrəsindən 102 xidmətinə zəng edərək məlumatı qəbul edən operatoru təhqir etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da tutulmuşdur; CD diskə baxış keçirilərkən Şəxs DİN 102 xidmətinə zəng edərək operatorun və polisin ünvanına nalayiq ifadələr işlətməsi müəyyən olunmuşdur. Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkilləri və sahə inspektoru tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, DİN-in NHİX-dən daxil olmuş 3/2-24949 nömrəli məktubun icrası ilə əlaqədar Şəxs tərəfllərindən keçirilmiş tədbirlərlə xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu ərazisində saxlanılmışdır. Saxlanılan zaman tabesizlik göstərərək qaçmağa çalışmış həmin şəxsi çətinliklə də olsa saxlayaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilərək NH-yə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və Şəxs etirafedici izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, əvvəllər analoji xarakterli xətalara yol verməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X3 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar