Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5974/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ seriyalı 29250745 nömrəli, 14 iyul 2025-ci il tarixli inzibati tənbeh tətbiq vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ seriyalı 29250745 nömrəli, 14 iyul 2025-ci il tarixli inzibati tənbeh tətbiq vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Beləliklə, İnzibati Xətalar Məcəlləsinə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsinə bağlıdır. Bu səbəbdən şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən, şikayətə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ seriyalı 29250745 nömrəli, 14 iyul 2025-ci il tarixli inzibati tənbeh tətbiq vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə hazırki qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun məhkəməyə şikayət etmək hüququnun olması X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5974/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5974/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver