Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5985/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ seriyalı 29267476 nömrəli, 26 sentyabr 2025-ci il tarixli inzibati tənbeh tətbiq vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ seriyalı 29267476 nömrəli, 26 sentyabr 2025-ci il tarixli inzibati tənbeh tətbiq vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X3 inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etsə də, qərarın surəti şikayətə əlavə edilməmişdir. Bununla da onun barəsində həqiqətən də inzibati tənbeh tətbiq etmə barədə qərarın olub-olmamasını müəyyən etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, şikayətin baxılmağa hazırlanma mərhələsində işin icraata qəbul edilib-edilməməsi məsələsi araşdırılaraq həll edilir. İndiki halda bu mərhələdə qərarın olub-olmamasını müəyyən etmədən işin icraata qəbul edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın mövcud olub-olmaması müəyyən edilmədiyi üçün şikayət geri qaytarılmalı, həmin tənbeh tətbiq etmə barədə qərarı şikayətə əlavə etməklə müvafiq aidiyyət qaydalarına uyğun məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ seriyalı 29267476 nömrəli, 26 sentyabr 2025-ci il tarixli inzibati tənbeh tətbiq vermə haqqında qərarından verilmiş şikayət və digər sənədlər X2 geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə hazırki qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun məhkəməyə şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5985/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5985/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver