Məhkəmə qərarları › İş №3(008)-5986/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5986/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5986/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 DİN-nin Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Baş X11i İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29727653 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 mülkiyyətində olan və etibarnamə əsasında X3 istifadəsində olan 90CJ883 dövlət qeydiyyat nişanlı X9 furqon markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 07:13:40-da M-l 44.6 km, Sumqayıt şəhəri H.Z.Tağıyev, Quba istiqamətində hərəkətdə olan zaman elektron tərəzi vasitəsilə nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 19740 kq olduğu müəyyən edilmiş, sözügedən nəqliyyat vasitəsi üzrə çəki limitinin 18000 kq olduğu qeyd olunmuş və X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi üzrə EQ29727653 nömrəli protokol tərtib edilərək 1200 (bir min iki yüz manat) AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra X5 tərəfindən şikayət ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 05 avqust 2025-ci il tarixli, EQ 29727653 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 3(008)-4832/2025 saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN-nin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 05 avqust 2025-ci il tarixli, EQ 29727653 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilmişdir. Lakin inzibati orqan tərəfindən lazımi araşdırma aparılmamış, əsassız olaraq X5 barəsində yenidən 10 oktyabr 2025-ci il tarixli, EQ 29727653 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İlk öncə bildirmək istəyirik ki, sözügedən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun yüksüz kütləsi 11000 kq təşkil edir və yüklə birlikdə ümumi maksimal kütləsi 25000 kq-dır. Beləliklə, qeydiyyat şəhadətnaməsindən göründüyü kimi elektron tərəzi vasitəsilə qeydə alınan 20050 kq kütlənin olması qanun pozuntusu hesab edilməməlidir. Buna baxmayaraq, İnzibati orqan X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi (353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi) ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək onu inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Elalbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1 -ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir.Bundan əlavə, qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1 -ci maddəsinin tələblərinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin normanı aşması xüsusi texniki vasitələrlə aşkar edildikdə, bu hal üzrə inzibati icraatın aparılması müəyyən edilmiş prosedur çərçivəsində həyata keçirilməlidir. Belə ki, qeyd olunan maddəyə görə, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun nəzarət məntəqəsinə yönləndirilməli, orada saxlanmalı, normadan artıq yük boşaldılmalı, təkrar ölçmə aparılmalı və nəticələr real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürülməlidir. Eyni zamanda, inzibati tənbeh haqqında elektron qərarın və texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surəti sürücüyə təqdim olunmalıdır. Lakin konkret halda bu prosedurların heç biri yerinə yetirilməmiş, nəqliyyat vasitəsi heç bir nəzarət məntəqəsinə cəlb olunmamış, artıq yükün boşaldılması və təkrar ölçmə prosesi aparılmamış, inzibati qərarın surəti isə sürücüyə təqdim edilməmişdir. Bütün proses qanunvericilikdə nəzərdə tutulmuş mərhələlər keçilmədən, yalnız avtomatik qeydə alınmış ölçməyə əsasən sürücünün şəxsi kabinetinə elektron qaydada cərimə bildirişi göndərilməklə məhdudlaşmışdır. Bu isə 127-1-ci maddənin müddəalarının pozulması, inzibati icraatın qanunsuz və prosedur qaydalarına zidd formada aparılması deməkdir.Eyni zamanda, 90CJ883 dövlət qeydiyyat nişanlı X9 furqon markalı nəqliyyat vasitəsi inzibati xətanın baş verdiyi qeyd olunan M-l avtomobil yolunun 44.6-cı kilometrinə - yəni Sumqayıt şəhəri H.Z.Tağıyev, Quba istiqaməti üzrə hərəkət trayektoriyasına çatana qədər müxtəlif inzibati ərazi vahidlərindən və nəqliyyat vasitələrinin çəkisinin ölçülməsi üçün quraşdırılmış bir neçə elektron tərəzi avadanlığı olan məntəqələrdən keçmişdir. Lakin bu müddət ərzində nəqliyyat vasitəsinin çəki normativlərini aşması ilə bağlı hər hansı hüquqi və ya texniki qeydə rast gəlinməmiş, heç bir elektron tərəzi vasitəsilə bu xarakterli pozuntu müəyyən edilməmişdir. Bu faktlar, inzibati xəta protokolunun tərtib edildiyi texniki avadanlığın (elektron tərəzinin) düzgün və etibarlı işləməməsi ehtimalını doğurur. Nəticə etibarilə, müvafiq texniki vasitədə sensor və ölçmə mexanizmləri ilə bağlı texniki nasazlığın mövcud olma ehtimalı əsaslı şəkildə nəzərdən keçirilməlidir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, o sözügedən inzibati pozuntuya yol verməmişdir. Pozuntu qeydə alınandan sonra neçə yerdən keçmişdir. Amma heç birində pozuntu faktı qeydə alınmamışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq yükün çəkisi yenidən müəyyən olunmamışdır. Bundan başqa barəsində qəbul edilmiş ilkin qərardan məhkəməyə şikayət verilmişdir. Həmin şikayətə hələ mahiyyəti üzrə baxılmamışdır. Məhkəmədən DİN-nin Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 07:13-də Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqaməti ərazisində “X9 YÜK” minik markalı, 99CJ883 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi ilə AR İXM-də 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X3 AR İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video görüntülərdən müəyyən olunur ki, Mirhüseyn Mirsadıqov nəqliyyat vasitəsinin yük yerini çəkməklə yüklərin miqdarının az olmasını nümayiş etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);122.3.3.inzibati cərimənin məbləği və ödənilməsi qaydası.122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 353.2-ci maddəsinə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci madəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. 127-1.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. 127-1.3.-cü maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. 127-1.4-cü maddəsinə əsasən bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. 127-1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. 127-1.6-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. Məhkəmə tərəfindən Baş X11 İdarəsinə rəsmi qaydada müraciət olunaraq inzibati xəta hadisəsinin qeydə alınmasını təsdiq edən sübutların, inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitənin göstəriciləri (bunu təsdiq edən sənəd), habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların və bunları təsdiq edən sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim olunması təklif olunmasına baxmayaraq sözügedən inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edən hər hansı foto və ya video material məhkəməyə təqdim edilməmişdir İnzibati xəta haqqında protokoldan görünür ki, orada sübutlara istinad edilməmiş, X4 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və s. göstərilməmişdir. Bundan başqa qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında müəyyən olunduqda elektron qərar qəbul edilir, həmin elektron qərar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Daha sonra həmin nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Lakin yuxarıda qeyd edilən ardıcılığa uyğun olaraq əməliyyatların aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi ilə bağlı şübhələr yaradır. Beləliklə, inzibati xəta hadisəsinin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş şəxsin səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Baş X11i İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, eyni zamanda inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X11 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində Baş X11i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X11i İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, Məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş X11 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X11 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar