Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5990/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X4 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, o Sabunçu rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Maştağa Subtropik sovxozu ərazisində yerləşən onun icarəsinə verilmiş KTT torpaq sahəsində fərdi yaşayış evi inşa edərək torpaq sahəsindən təyinatına uyğun olmayan başaqa məqsədlər üçün istifadə etdiyinə görə qanunsuz olaraq 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. O heç bir qayda pozmadığını bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X4 ərizə ilə məhkəməyə müraciət edərək inzibati xəta törətmədiyini bildirsədə, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, torpaq sahəsi Abşeron rayonu Maştağa Subtropik sovxozu ərazisində yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə(bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) 129.1-1-ci maddəsinə görə bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. AZE MİS elektron məhkəmə sistemi üzərindən görünür ki, X2 yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Ruhulla Axundov küçəsi ev 43-dür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin ******* nömrəli çıxarışında torpaq sahəsi Abşeron rayonu, Maştağa Subtropik sovxozu ərazisi (hüuquq yüklü edilən şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qeyd edilsə də, ərizəçi ərizəsində Sabunçu rayonunun inzibati ərazisi daxilində, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisi kimi qeyd etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, aiddiyat qaydalarının pozulmaması üçün qeyd edilən ziddiyyət aradan qaldırılmadan işə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X1na geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayət X3 baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-5990/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5990/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver