Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5994/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Balkı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən keçən Abşeron kanalına “ZİL 131” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə çirkab sularının kanala axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən keçən Abşeron kanalına “ZİL 131” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə çirkab sularının kanala axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən keçən Abşeron kanalına “ZİL 131” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə çirkab sularının kanala axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 20 oktyabr 2025-ci il tarixli 000318 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin əməkdaşları böyük məsləhətçi müfəttiş X7, mühəndis X1 iştirakı ilə bölmənin inzbati ərazi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərini yoxlanılması məqsədi ilə bölmə rəisinin xx.xx.2025-ci il tarixli 060 saylı sərəncamına əsasən Sabunçu rayonunun ərazisi üzrə tərəfimizdən monitorinq nəzarət tədbirləri həyata keçirilirdi. Monitorinqlər zamanı Maştağa qəsəbəsi ərazisindən keçən Abşeron kanalına ZİL 131 markalı ** FO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə çirkab sularının axıdılması halı aşkar olunmuşdur. Sözü gedən nəqliyyat vasitəsinin etibarnamə üzrə sürücüsü Şəxs ilə aparılan söhbət zamanı pozduğu inzibati xəta ona izah olundu və inzibati araşdırma ilə bağlı bölməyə dəvət olundu. Şəxs Bölməyə gələrək izahat verdi və pozduğu inzibati xətanın təkrarlanmayacağını bildirdi. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”-nin 45, 78, 79, 81, 103-cü maddələrinin Azərbaycan Respublikası “Su Təchizatı və Tullantı Suları haqqında Qanunu”nun 10-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın müvafiq maddələri pozulmuşdur.Bununla bağlı video və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində şəxsi istifadəsində olan ZİL 131 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı maşınla vətəndaşlara məxsus şombolardan çirkab tullantı sularını çəkib Abşeron kanalının Maştağa qəsəbəsindən keçən hisəsindən axıtmışdır. Törətdiyi inzibati xəta ona izah olunmuşdur. Həmin inzibati xətanın təkrarlanmayacağına söz vermişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova İş № 3(008)-4400/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 24 iyul 2025-ci il Bakı şəhəri Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6nın katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən Şəxs iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinin mümkünlüyü barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə fikrini dinləyir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Akifzadə X5 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini xahiş etdiyini bildirir. Məhkəmə yerində müşavirə edərək, Qərara aldı: - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan məhkəmə icası davam etdirilsin. Sədrlik edən proses iştirakçısının səlahiyyətini müəyyənləşdirir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi: Nümayəndə – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçıdan azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İşdə iştirak edən şəxs azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin X6 olduğunu elan edir, proses iştirakçısına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsə onun İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən işdə iştirak edən şəxsin vəsatətinin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə izahat verməyi təklif edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi Nümayəndə izahatı: Hörmətli məhkəmə, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana 2-ci sahə ərazisində xx.xx.2025-ci il tarixində ferma təsərrüfatında formalaşan tullantı və çirkab suların Hövsan kanalına təyinatsız olaraq axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Sual daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçısına söz verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi: - Hörmətli hakim! X2 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 15:40-da bağlı elan olunur. Protokol 24 iyul 2025-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Elnurə Rəcəbova Katib: Nuray Şirinova
Məhkəmə qərarları › İş №3(008)-5994/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5994/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver