Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5996/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs öğlunun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 06 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayon, Savalan qəsəbəsində yerləşən “Dr.Nihad Avazbayli” diş klinikasında 05 avqust 2025-ci il tarixində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən su və su təsərüffatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının, həmçinin Azərbaycan Respublikası Su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq tədbirləri həyata keçirilir. Belə ki, bölmənin xx.xx.2025-ci il tarixli , 020 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində, keçirilən monitorinq zamanı “Sabunçu rayon Sukanal idarəsinin balansında şəbəkə su xəttində 15 mm-lik plastik boru vasitəsilə qanunsuz qoşulması faktı aşkar olunmuşdur. Fakt araşdırıldıqdan sonra bizə rəsmi sənəd təqdim edilmədiyi üçün təsərrüfat obyektində fəaliyyət göstərən vergi ödəyicisinə dair məlumatın təqdim edilməsi üçün Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə sorğu ünvanlanmışdır. Rəsmi məktuba əsasən, müraciətdə qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi ünvanında yerləşən “Dr. Nihad Avazbəyli” adlı təsərrüfat obyektində fərdi sahibkar X1 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə “Dr.Nihad Avazbayli” diş klinikasının sahibi Şəxs rəsmi məktub və telefon əlaqə vasitəsilə məlumat verilərək araşdırma ilə əlaqədar dəvət edilsə də, inzibati araşdırmada iştirak etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 40 və 45-ci maddələrinin, “Su Təchizatı və Tullantı Suları haqqında” qanun 24, 58, 65, 67,72ci maddələrinin tələbləri pozulmuşdur. Tərəfimizdən aparılmış video-çəkiliş və foto şəkillər iş materiallarına əlavə edilmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Torpaq sahəsinin ona məxsus olduğunu iddia edən Vaqif Nadirov həmin ərazidə tanınır və bu cür obyekt işlədən şəxslərə qanunsuz qoşulma aşkar olunacağı təqdirdə havadarlıq edəcəyi vədi verməsi barədə məlumatlar vardır. İnzibati Xətalar Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasından da göründüyü kimi, fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Heç bir rəsmi sənəd olmadan Vaqif Nadirovun torpaq sahibi kimi məsuliyyətə cəlb olunması obyekt sahiblərinin su xəttlərinə qanunsuz qoşularaq bu cür yollardan sui istifadə etməklə vəzifəli şəxs kimi yox, fiziki şəxs kimi məsuliyyətə cəlb olunmalarına şərait yarada bilər. Məhkəmə iclasında iştirak etmiş Şəxs bildirmişdir ki, qeyd olunan obyektdə tək fəaliyyət göstərmir, digər işçi ilə birlikdə diş həkimi kimi fəaliyyət göstərir. Obyektdə qanunsuz su xəttinin mövcudluğu faktını etiraf etmiş, lakin həmin qanunsuz qoşulmanın onun özü tərəfindən deyil, obyektin torpaq sahibi tərəfindən həyata keçirildiyini, aralarında rəsmi şəkildə imzalanmış icarə müqaviləsi olmasa da həmin obyektdən icarə münasibətləri əsasında istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Vaqif Nadirov bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur, klinikanın fəaliyyət göstərdiyi obyekti özü tikmiş, qanunsuz qoşulmanı isə o həyata keçirmişdir. Aralarında rəsmi şəkildə imzalanmış icarə müqaviləsi olmasa da obyekti Şəxs icarəyə vermişdir. Torpağa və tikiliyə dair dövlət reyestrindən çıxarış olmasa da, torpağın ona məxsusluğu barədə “Vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarış mövcuddur.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 oktyabr 2025-ci il tarixli, 000314 saylı aktdan görünür ki, Şəxs Sabunçu rayon, Savalan qəsəbəsində yerləşən “Dr.Nihad Avazbayli” diş klinikası yerləşən ünvanda 15 mm-lik plastik boru vasitəsi ilə Sabunçu Rayon Sukanal idarəsinin balansında olan su xəttinə qanunsuz qoşularaq sudan müqavilə olmadan qeyri-qanuni istifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 06 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayon, Savalan qəsəbəsində yerləşən “Dr.Nihad Avazbayli” diş klinikasında 05 avqust 2025-ci il tarixində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin Azərbaycan Dövlət X5 yanında Suların İstifadəsinə və X2 Xidmətinin 1 saylı Bakı Regional Bölməsinə ünvanlanmış 13 avqust 2025-ci il tarixli 3-21-2-4/2-342758/2025 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciətdə qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu Savalan qəsəbəsi ünvanda yerləşən "Dr.Nihad Avazbayli" adlı təsərrüfat obyektində fərdi sahibka Şəxs (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. “Vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 07 iyun 1992-ci il tarixli, 50 saylı çıxarışdan görünür ki, Vaqif Nadirova torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati materialda olan sənədlər və videodiskdə olan görüntülərlə sübuta yetirilmişdir. Torpaq sahəsinin Vaqif Nadirova məxsus olması və buna görə də qanunsuz qoşulma ilə bağlı Vaqif Nadirovun məsuliyyət daşımalı olması ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və Vaqif Nadirovun bildirdikləri ilə bağlı məhkəmə qeyd edir ki, qanunsuz qoşulmanın aşkar olunduğu obyektin Vaqif Nadirovun mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. “Vətəndaşlara fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 07 iyun 1992-ci il tarixli, 50 saylı çıxarış (sənədin əsli təqdim olunmamışdır) isə mülkiyyəti təsdiq edən sənəd olmamaqla yanaşı həmin sənəddə əks olunan torpaq sahəsi ilə qanunsuz qoşulmanın aşkar olunduğu obyekt və onun yerləşdiyi torpaq sahəsinin ünvanı arasında hər hansı eyniləşdirici məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-5996/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5996/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver