Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6004/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri 4 saylı notariat kontorunun 8İ-4354 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7751.82 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borcunu ödəmək barədə icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, icra qeydi əsasında borclu ödənişlər etməlidir. Vətəndaş 5 ay ərzində cəmi 10 manat ödəniş edib. 2 gün əvvəl yenə gəlmişdi, 18 manat ödəniş etmişdir. Bankla hissə-hissə icraya dair qarşılıqlı razılığa da gəlməmişdir. Hesab edir ki, borclu qərəzli şəkildə icra sənədini icra etmir. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb olunmasını və protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işsizdir, başqa banka da borcu vardır. Borcu ödənişlər etməyə yeni-yeni başlamışdır, qəbzləri də durur. Hazırda təxmini 7000 manat borcu qalıb. Bu vaxta qədər 48 manat ödəniş etmişdir. Bəli, iyulda icraata başlamaq haqqında qərarı gedib götürmüşdür. Əslində, hər iki bankla bağlı icraata başlamaq haqqında qərarları götürmüşdür. Maddi vəziyyəti yaxşı deyildi deyə ödənişlər edə bilmirdi, ödənişlərdən yayınmaq fikri yoxdur. Sadəcə işsizliyi ilə bağlı ödənişlər edə bilməmişdir. Hazırda kiçik ticarətlə məşğul olur, o da ki, böyük gəlir gətirmir, onlayn satış qaydası ilə qazanır. Çox iş yerlərinə müraciətini göndərmişdir. Yenə də işlə təmin olunmamışdır. Məhkəmədən qərar qəbul olunarkən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materialları və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri 4 saylı notariat kontorunun 8İ- 4354 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7751.82 manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borcunu ödəmək barədə icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 4 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ- 4354 nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə X3 və Şəxs RK/32232/A4/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7751.82 manat tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərar borclular X3 və Şəxs təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs barəsində olan Bakı şəhəri 4 saylı notariat ofisinin 8İ-1619 nömrəli, xx.xx.2025-ci il tarixli və Bakı şəhəri 4 saylı notariat ofisinin 8İ-4354 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri ümumi 77445/2025 nömrəli icra işinin icraatında birləşdirilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatda icra sənədindən xəbərdar olduğu, işsiz olduğu və gəlirləri olmadığından hazırda borcunu ödəyə bilməyəcəyi bildirilmişdir. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini, borcdan qismən ödəniş edilməsini, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №3(008)-6004/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6004/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver