Məhkəmə qərarları › İş №3(008)-6005/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6005/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6005/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi inspektoru X9, zərəçəkmiş şəxs X6 və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonu, Suqovuşan kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (AA 2581012, FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00-da Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi küçəsində, Moskviç 2140 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1989-cu ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, hazırda Sabirabad rayonu, Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 24 ünavnında yaşayan Şəxs tərəfindən sürücülük hüququ olmadan avtomobil idarə edərkən, manevr qaydasını pozub, idaretməni itirərək, yolun kənarında yerləşən “Aptek” obyektinə çırpılmışdır. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan X11 maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi inspektoru X12 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yol hadisəsi nəticəsində şəxsin idarə etdiyi avtomobil aptekə çırpılmışdır. Bununla bağlı dərhal 102 xidmətinə məlumat verilmişdir. Hadisə yerinə gələn zaman avtomobilin aptekə girdiyini, obyektin divarının uçduğunu, qabaq şüşəsinin, tavanının sındığını görmüş, vitrinləri qırılmışdır. Daha sonra sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyindən avtomobil cərimə meydançasına aparılmış və şəxsin şəxsiyyət vəsiqəsin ondan alınmış, məlumat verilmişdir ki, səhəri gün şöbəyə yaxınlaşsın. Bundan sonra vətəndaş getmiş və şöbəyə gəlməmişdir. Ona görə də haqqında məcburi gətirilmə qərarı çıxarılmış, aidiyyəti üzrə göndərilmiş və evinə məktub getmişdir. Bundan sonra vətəndaş şöbəyə gələrək şəxsiyyət vəsiqəsinin ona qaytarılmasını istəmişdir ki, gedib bankdan kredit götürərək, zərəri ödəyəcəkdir. Odur ki, polisdən yayındığı üçün məhkəməyə gətirilmişdir. Tutulmamışdır, özü gəlmişdir. Avtomobil tam yarasız vəziyyətdə olduğundan cərimə edilsə də, ödənilməyəcək, şəxsə həbs növündə cəza tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, məcburiyyətdən avtomobili sənədsiz idarə etməli olmuşdur. Hadisə nəticəsində avtomobil aptekə deyil gözəllik salonuna çırpılmışdır. Ondan ilk əvvəl 2000 manat, daha sonra 1500 manat istəmişdilər. O da, aybaay ödəməyini istəsə də, zərəçəkmiş buna razı olmamışdır. Daha sonra anası aparıb 500-600 manat pul təklif etsə də, bunu istəmədi ki, get bütün pulu gətir. Hazırda maddi imkanı yaxşı olmadığından gecələr də işləyir. Obyekti təmir edən usta ona 1150 manat xərc çəkildiyini bildirmişdir. Əməli törətdiyinə peşmandır, zərərin ödənməsini ancaq hissə-hissə edə bilər, himayəsində xəstə anası və iki azyaşlı övladı var, odur ki, daha yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, zərə vurulmuş əmlak arvadının adınadır. Qüsur aktında dəymiş ziyanın məbləği 5100 manat müəyyən edilmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materialları və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, 1xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00-da Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi küçəsində, Moskviç 2140 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1989-cu ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, hazırda Sabirabad rayonu, Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 24 ünavnında yaşayan Şəxs tərəfindən sürücülük hüququ olmadan avtomobil idarə edərkən manevr qaydasını pozub, idaretməni itirərək, yolun kənarında yerləşən “Aptek” obyektinə çırpılmışdır. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan X11 maddi zərər yetirilmişdir İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Ə.Əliyev küçəsində olarkən qarşısına digər maneə çıxdığı üçün idarəetməni itirib “Aptek” obyektinə giriş hissəsinə çırpılıb içəri daxil olmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmayıb. İş materiallarında olan X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində ona məxsus olan Sabunçu rayonu, Ə.Əliyev küçəsində yerləşən iaşə obyekti, “Aptek” obyektinə Moskviç markalı **-BC-*** dövlət qeydiyyat nömrəli avtomobil çırpılıb. Hadisə zamanı bədən xəsrəti alan olmayıb. İş materiallarında olan ƏN-İX 204536 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X2 tərəfindən “Moskviç 2140” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Şəxs verilmiş, etibarnamə 8 ay 21 gün müddətinə verilib, yəni etibarnamə xx.xx.2024-cü il saat 23:59-dək qüvvəddədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əliyar Əliyev küçəsi ev 27 (yeni qaydalarla: AZ1034, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0910 ha olan torpaq sahəsi X10 məxsusdur. İş materiallarında olan AR-İİ 969509 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Kəmalə Əli qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, X8 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 90 kv.m sahəsi olan obyetində xx.xx.2025-ci il tarixdə İlqar adlı şəxs tərəfindən qanunsuz idarə etdiyi “Moskviç 2140” minik markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəza nəticəsində obyektə daxil olmaqla və baş vermiş cinayət hadisəsi ilə bağlı aparılan istinatqın zəruriyyəti nəticəsində cəmiyyətin nümayəndəsi tərəfindən tikinti-mühəndislik müayinəsi keçirilmişdir və nəticədə müəyyən edilmişdir ki, obyektin ilkin vəziyyətə gətirilməsi üçün təmir xərcləri 5100 manat vəsait tələb olunur. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəiki yüz manat məbləğində cərimə edilir. 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini, peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar