Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6021/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi ilə, səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakı ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər yolu ünvanında xx.xx.2025-ci il tarixində saat 13:29-da “Vağ avto servis” adlı obyekt i**********0006 nömrəli icazə tələblərini pozaraq açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər yolu ünvanında xx.xx.2025-ci il tarixində saat 13:29-da “Vağ avto servis” adlı obyekt i**********0006 nömrəli icazə tələblərini pozaraq açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında 21 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol üzrə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər yolu ünvanında xx.xx.2025-ci il tarixində saat 13:29-da “Vağ avto servis” adlı obyekt i**********0006 nömrəli icazə tələblərini pozaraq açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 24 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında “Vağ avto servis” (VÖEN:**********) adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 1 ədəd 3.06 kv.m ölçüdə reklam aşkar edilmiş, bunu təsdiq edən fotoşəkil çəkilərək iş materiallarına əlavə edilmişdir. inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Vağ avto servis” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilmişdir; Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizədən görünür ki, sahibkar Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayon Sabunçu qəsəbəsi, Şəhər yolu küçəsində yerləşən “Vağ avto servis” adlı obyektə reklam yerləşdirilməsi üçün icazə ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş 21 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məlumat üçün Şəxs göndərilmişdir; “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” xx.xx.2025-ci il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında, “Vağ avto servis” adlı obyektin üzərində İ**********0002 nömrəli icazənin tələbləri pozularaq, yəni müvafiq yayım haqqı məbləği vaxtında ödənilməyərək reklam yayımının həyata keçirildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icrası məcburi olan göstərişi aldıqları vaxtdan 5 gün ərzində müvafiq yayım haqqı məbləğini ödəməyiniz tələb olunmuş, əks təqdirdə barələrində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs (VÖEN-i **********) fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları və təqdim edilmiş fotoşəkillərlə tam sübuta yetirilir. Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qaydaların 2.10-cu maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, vəzifəli şəxs Şəxs barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6021/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6021/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver