Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-604/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, «8 nömrəli X9 İstismarı» MMC-in nümayəndəsi X1 iştirakı ilə, «8 №li X9 İstismarı» MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş «8 №li X9 İstismarı» MMC-in İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «8 №li X9 İstismarı» MMC-i tərəfindən vətəndaş X2 Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərin görülməsinə cəlb edilmişdir. Nəticədə «8 №li X9 İstismarı» MMC-i tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən işə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən «8 №li X9 İstismarı» MMC-in nümayəndəsi Fətullayev Vəfalı Əzizbaba oğlu izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Vət. X4 şikayəti əsasında təmsil etdiyi cəmiyyətin rəhbərliyi vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmuşdur. X4 cəmiyyətə qarşı heç bir şikayət və tələbi yoxdur. Onun işlədiyi dövr üzrə əmək haqqısı tam ödənilmişdir. Vətəndaş şikayətinin olmaması barədə xx xxxxxxx 2020-ci il tarixdə, yəni təmsil etdiyi cəmiyyət barəsində protokol tərtib edilməmişdən əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bildirmişdir. Protokol tərtib olunarkən, MMC-in nümayəndəsinin iştirakı təmin olunmamış, protokolun surəti onlara təqdim olunmamışdır. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baladadaşlı Adəm Ədalət oğlu ifadəsində göstərmişdir ki, onun əmək haqqısı tam olaraq ödənilmişdir. Lakin o yol vərəqəsini düzgün başa düşməmişdir. Yol vərəqəsində Respublikanın rayonları yazılmışdır. Lakin o düzgün başa düşməmiş, onun yalnız Xaçmaz rayonuna getməli olmasını bilmişdir. O teleqramı hirsili olub vurmuşdur. İş materiallarında əlavə edilmiş 18 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «8 №li X9 İstismarı» MMC-i barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin gördüyü iş cədvəlindən görünür ki, işin icrası Xaçmaz şəhəri və Azərbaycan Respublikasının rayonlarını əhatə edir. İş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokol tərtib olunarkən, «8 №li Xüsusi Təyinatlı Yol İstsimarı» MMCin nümayəndəsinin iştirakı təmin olunmamış, protokolun surəti təqdim olunmamış, iş üçün əhəmiyyətli olan sənədlər götürülməmiş, tam olaraq araşdırma aparılmamışdır. Məhkəmə «8 №li X9 İstismarı» MMC-in nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, «8 nömrəli X9 İstismarı» MMC-in barəsində tərtib olunmuş protokolu əsassız hesab edərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, 8 №li X9 İstismarı» MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol tərtib olunsada, iş üzrə araşdırma tam aparılmamış, sübutlara düzgün qiymət verilməmiş, tərtib olunmuş protokolun surəti tərəfə təqdim olunmamış, şahidlər dindirilməmiş, iş üçün əhəmiyyətli olan sənədlər götürülməmişdir. Bağlanmış tapşırıq müqaviləsinə isə heç bir hüquqi qiymət verilməmişdir. Odur ki, «8 №li X9 İstismarı» MMC-i barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: «8 №li X9 İstismarı» MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi S.Quliyev tərəfindən tərtib edilmiş MN ******* saylı 18 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokola əməldə inzibatinin xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-604/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-604/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver