Məhkəmə qərarları › İş №3(008)-6045/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6045/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6045/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X2, Tələbkar şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Gədəbəy rayonu, Şınıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(008)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 8(008)-922/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4710/2024 saylı xx.xx.2024-cü il tarixli, 2(008)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 8(008)-922/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun çıxış edərək əlavə etmişdir ki, Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, icra şöbəsinə dəvət olunmuşdur. Lakin zəngləri cavablandırmamış, çağırışlara gəlməmişdir. Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-cü maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki o, aliment borcunu ödəməkdən boyun qaçırmır, sadəcə olaraq işsizliyinə görə aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu günə qədər hissə-hissə ödənişlər etmişdir. Hal-hazırda aliment borcundan heç bir ödəniş həyata keçirməyə imkanı yoxdur. Digər icra vərəqələri üzrə də borcunu ödəməmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X5 izahatında göstərmişdir ki, Şəxs 2-3 aydır demək olar ki, heç ödəniş etmir. Dəfələrlə telefonla zəng edəndən sonra icra məmurunun təkidi ilə cuzi şəkildə alimet borcundan ödəniş edir. Maddi cəhətdən uşağın xərclərini qarşılamağa gücü çatmır. Şəxs ata olaraq övladına qarşı biganə yanaşır, demək olar ki, övladı ilə görüşmür. O, alimentin ödənilməsini tələb edir və məhkəmədən bununla bağlı tədbirlər görülməsini xahiş edir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin inşasına çəkilmiş 37919,50 manatın 1/2 hissəsi, yəni 18959,75 (on səkkiz min doqquz yüz əlli doqquz manat yetmiş beş qəpik) manatın cavabdeh Şəxs alınaraq X7 verilməsi, 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi, ekspert rəyinin alınması üçün 200 manat pulun tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, iddiaçı X5 ilə cavabdeh Şəxs arasında Cəbrayıl Rayon C.Mərcanlı icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.1992-ci il tarixli nikahın pozulması, iddiaçı X5 ilə cavabdeh Şəxs birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 iddiaçı X1 himayəsinə saxlanılması, Şəxs xx.xx.2023-cü il tarixdən etibarən iddiaçı X5 ilə cavabdeh Şəxs birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, 50 (əlli) manat mediyasiya xərci və 50 (əəli) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin alimentin tutulnasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizənin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)-605/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli miqdarında indeksassiya edilməsi qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-922/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2(008)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 8(008)- 922/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericüliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-cü maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-cü maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericüliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-cü maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericüliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, uşağın mənafeyi baxımından alimentin uzun müddət ödənilməməsi çox cüddi huquqi və mənəvi nəticələr doğurur. Azərbaycan qanunvericiliyində və Beynəlxalq hüquqda uşağın mənafeyi əsas və prioritet kimi qəbul olunur. Məhkəmə hesab edir ki, uzun müddət aliment ödəməyən şəxs uşağın mənafeyinə ciddi ziyan vurur. Bir valideyinin alimenti uzun müddət ödəməməsi yalnız digər valdeyini maddi və mənəvi çətinliyə salmaq deyil, uşağın gələcəyini oğurlamaqdır. Bu davranış həm hüquq pozuntusudur, həm də mənəvi məsuliyyətsizlik nümünəsidir. Cəmiyyətin və dövlətin borcudur ki, belə hallara səsiz qalmasın və uşağın mənafeyini həmişə önə çəksin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-cü maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-cü maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 528.1-cü maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, bu günə qədər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə heç bir ödənişin edilməməsini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar