Məhkəmə qərarları › İş №3(008)-6048/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6048/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6048/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, X1nın iştirakları ilə, 19 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Y/M, Xətai küçəsi, döngə 3, ev 26 A-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Tovuz rayon Məhkəməsinin 2(062)-1092/2023 saylı, 24 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən 2.200 (iki min iki yüz) manat aliment borcunun X1nın xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı, 06 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, borclu Şəxs Tovuz rayon Məhkəməsinin 2(062)-1092/2023 saylı, 24 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən 2.200 (iki min iki yüz) manat aliment borcunun X1nın xeyrinə ödənilməsindən yayınır. Borclu Şəxs Tovuz rayon Məhkəməsinin 2(062)-1092/2023 saylı, 24 avqust 2023cü il tarixli icra vərəqəsini icra etmədiyi üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-7236/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə İXM 528.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borc məbləği Şəxs tərəfindən ödənilmədiyindən barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunu ödəməkdən imtina etmir, hər ay hissə-hissə ödəniş edə bilər. Bugün 500 manat ödəniş edə bilər. Borcu məbləğini hər ay hissə-hissə ödəyərək bağlayacağına söz verir. Məhkəmə iclasında iştirak edən X1 izahatında göstərmişdir ki, alimentin tam ödənilməsini tələb edir. Borclu borcunu ödəməkdən bu günə qədər müxtəlif bəhanələrlə yayınır. Övladını saxlamaqda çətinlik çəkir. İş materiallarında olan oğlu Tovuz rayon Məhkəməsinin 2(062)-1092/2023 saylı, 24 avqust 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 07 aprel 2022-ci il təvəllüdlü Damlanın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 180 (yüz səksən) manat aliment cavabdeh Şəxs tutularaq X1nın xeyrinə ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən- Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş “tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli e287238/2023-4-25-004 saylı bildirişdən görünür ki, icra sənədinin könüllü icrası barədə borcluya məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-7236/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə Şəxs İXM 528.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir X1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, aliment borcundan 500 (beş yüz) manat qəbul etmiş, qalan borcun ödənilməsi üçün borclu ilə razılıq əldə olunmuşdr. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Tovuz rayon Məhkəməsinin 2(062)-1092/2023 saylı, 24 avqust 2023-cü il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış aliment borcundan məhkəmə iclası zamanı 500 (beş yüz) manat ödəmişdir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar