Məhkəmə qərarları › İş №3(008)-6055/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6055/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6055/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də, 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə2 bildirmişdir ki, Şəxs 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğindəki vəsaiti mal alınması üçün xaricə köçürmüşlər. Bununla bağlı sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ilə Şəxs MMC ilə 71.933 ABŞ dolları dəyərində malın alınmasına dair razılıq əldə edilmişdir. Həmin müqavilə üzrə 10.000 ABŞ dolları pul vəsaiti "xxxx" vasitəsilə, 10.000 ABŞ dolları pul vəsaiti “Ziraat Bank” vasitəsilə, 51.933 ABŞ dolları pul vəsaiti isə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə xaricə köçürülmüş, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə 71.933 ABŞ dolları dəyərində mal ölkəyə gətirilmişdir. Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ilə Şəxs MMC ilə 25.868,88 ABŞ dolları dəyərində malın alınmasına dair razılıq əldə edilmişdir. Həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" vasitəsilə 10868,88 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. "xxxx" ASC vasitəsilə pul vəsaitinin köçürülməsini təsdiq edən xx.xx.2023-cü il tarixli sənəddə şirkət tərəfindən 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə xaricə köçürüldüyü qeyd edilmişdir. Halbuki yuxarıda qeyd edilən məlumatlardan da görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə bütün məbləğ, yəni 71.933 ABŞ dolları pul vəsaiti yekun olaraq xx.xx.2023-cü il tarixdə xaricə köçürülməklə tamamlanmış və xx.xx.2023-cü il tarixdə mal ölkəyə daxil olmuş, bununla bağlı gömrük bəyannaməsi də məhkəməyə təqdim olunmuşdur. Bankın məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli müqavilənin üzərində xx.xx.2023-cü il tarixli köçürmə ilə bağlı möhürün əks olunaraq 15.000 qeydinin yazılmasının heç bir əsası yoxdur. xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödəniş tam şəkildə aparılıb xx.xx.2023-cü il tarixdə mal ölkəyə daxil olduğu halda yenidən həmin xx.xx.2023-cü il tarixli müqavilə üzrə əlavə ödəniş aparılmasının heç bir məntiqi izahı yoxdur. Şirkət bunu niyə etsin. Sadəcə sənədləşmə işləri aparılan zaman səhvən xx.xx.2023-cü il tarixdə "xxxx" vasitəsilə ölkə xaricinə köçürülmüş pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə üzrə deyil, xx.xx.2023-cü il tarixli müqavilə üzrə qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli müqavilə üzrə pul vəsaitinin bir hissəsi, yəni 10868,88 ABŞ dolları "xxxx" vasitəsilə xaricə köçürülmüş, 15.000 ABŞ dolları pul vəsaiti isə "xxxx" vasitəsi ilə xaricə köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə isə həmin müqavilə üzrə mal ölkəyə daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1132, ünvan 1 Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə 71.933 ABŞ dolları dəyərində malın, yəni Asmition EC 1 LT mal cinsi üzrə 500 ədəd malın, FRS DEHAM 800 GR mal cinsi üzrə 3520 ədəd malın, PYRECİN 2,5 EC LT mal cinsi üzrə 700 ədəd malın, SWARM 2DS 750 GR mal cinsi üzrə-14400 ədəd malın, SWARM 2DS 9 KG mal cinsi üzrə 700 ədəd malın alınmasına dair razılıq əldə edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə 10.000 ABŞ dolları pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə üzrə xaricə köçürülmüşdür. Bank çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən 10.000 ABŞ dolları pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə üzrə xaricə köçürülmüşdür. Köçürmə barədə sənədin surətindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə 51.933 ABŞ dolları pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə üzrə xaricə köçürülmüşdür. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 71933,00 ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. Həmin gömrük bəyannaməsində Asmition EC 1 LT (1-ci mal) üzrə 500 ədəd malın, FRS DEHAM 800 GR (2ci mal) üzrə 3520 ədəd malın, PYRECİN 2,5 EC LT (3-cü mal) üzrə 700 ədəd mal, SWARM 2DS 750 GR (4-cü mal) üzrə-14400 ədəd malın, SWARM 2DS 9 KG (5-ci mal) üzrə 700 ədəd malın ölkəyə daxil olduğu qeyd edilmişdir. Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə 25.868,88 ABŞ dolları dəyərində malın, yəni Asmition EC 250 CC mal cinsi üzrə 1440 ədəd mal, SWARM 2DS 750 GR mal cinsi üzrə (2-ci mal)-21600 ədəd mal, SWARM 2DS 9 KG mal cinsi üzrə (3-cü mal)- 24 ədəd malın alınmasına dair razılıq əldə edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə 10.868,88 ABŞ dolları pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə üzrə xaricə köçürülmüşdür. Köçürmə barədə sənədin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə 15.000 ABŞ dolları pul vəsaiti xx.xx.2023-cü il tarixli müqavilə üzrə xaricə köçürülmüşdür. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 25868,88 ABŞ dolları dəyərində mal ölkəyə idxal olunmuşdur. Həmin gömrük bəyannaməsində Asmition EC 250 CC mal cinsi üzrə 1440 ədəd malın, SWARM 2DS 750 GR mal cinsi üzrə (2-ci mal)-21600 ədəd malın, SWARM 2DS 9 KG mal cinsi üzrə (3-cü mal)-24 ədəd malın ölkəyə daxil olduğu qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)-6055/2025 saylı qərardadından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə bütün məbləğ tam şəkildə xx.xx.2023-cü il tarixdə xaricə köçürülməklə tamamlandığı halda xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə xaricə köçürülmüş 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə aparılmasının mümkün olubolmaması, mümkündürsə hansı əsas üzrə aparılması, yaxud texniki səhv olması, həmin ödənişin həqiqətən xx.xx.2023-cü il tarixli müqaviləyə aid olub-olmaması barədə zəruri məlumatların məhkəməyə təqdim edilməsi qərara alınaraq icrası "xxxx" ASC-yə həvalə edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli müqavilənin və xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin üzərində xx.xx.2023-cü il tarixin qeyd edildiyi möhür vurularaq 51.933 ABŞ dolları qeyd edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli möhür vurularaq 15.000 ABŞ dolları və 5000 ABŞ dolları qeyd edilmişdir.Təqdim edilən digər sənədlərdə 51.933 ABŞ dolları və 15.000 ABŞ dolları pul vəsaitinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə həyata keçirildiyi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli cavab məktubunda sorğulanan köçürmə üzrə müvafiq məlumatların məktubun qoşmasında məhkəməyə təqdim edildiyi və əlavə olaraq sorğulanan köçürmənin xx.xx.2023-cü il tarixli müqavilə üzrə icra olunduğu, köçürmənin icrasının tərəflərindən düzgün şəkildə aparıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "xxxx" MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında yuxarıda qeyd edilən sənədlərin tədqiq edilməsi nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 71.933 ABŞ dolları dəyərində malın alınmasına, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 25.868,88 ABŞ dolları dəyərində malın alınmasına dair razılıq əldə edilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10.000 ABŞ dolları pul vəsaiti "xxxx" vasitəsilə, 10.000 ABŞ dolları pul vəsaiti isə “Ziraat Bank” vasitəsilə, 51.933 ABŞ dolları pul vəsaiti isə "xxxx" ASC vasitəsilə xaricə köçürülmüş, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 71.933 ABŞ dolları dəyərində mal ölkəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 10.868,88 ABŞ dolları pul vəsaiti "xxxx" vasitəsilə xaricə köçürülmüşdür. İş üzrə müəyyən olunmuş uyğunsuzluq 15.000 ABŞ dolları pul vəsaitinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə köçürülməsinin qeyd edilməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində xx.xx.2023-cü il tarixli müqaviləyə istinad olunsa da, bəyannamədə malların təsvirinə dair məlumatlarda məhz xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən miqdarda, çeşiddə malların ölkəyə gətirilməsinin qeyd olunması müəyyən olunur. Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən də görünür ki, Şəxs MMC ilə 25.868,88 ABŞ dolları dəyərində Asmition EC 250 CC mal cinsi üzrə 1440 ədəd malın, SWARM 2DS 750 GR mal cinsi üzrə 21600 ədəd malın, SWARM 2DS 9 KG mal cinsi üzrə 24 ədəd malın alınmasına dair razılıq əldə edilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində də eynilə həmin malların ölkəyə gətirildiyi qeyd edilmişdir. Əgər xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi həqiqətən xx.xx.2023-cü il tarixli müqaviləyə aid olsa idi bəyannamədə malların təsviri bölməsində xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən mallar deyil, xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən çeşiddə, miqdarda mallar qeyd olunardı. Məhkəmə xüsusilə vurğulamaq istəyir ki, hazırki iş üzrə Mərkəzi Bankın pulun köçürülməsinə baxmayaraq müvafiq malın ölkəyə gətirilməməsinə dair tərtib etdiyi inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixli müqaviləyə aiddir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən də görünür ki, xx.xx.2023-cü il tarixli müqavilədə göstərilən çeşiddə, miqdarda mallar xx.xx.2023-cü il tarixdə ölkəyə gətirilmiş və bu gömrük bəyannaməsinin malların təsviri bölməsində göstərilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə son ödəniş xx.xx.2023-cü il tarixdə tam şəkildə ödənilmiş, yəni həmin müqavilə üzrə 71.933 ABŞ dolları vəsait xaricə köçürülmüş, xx.xx.2023-cü il tarixdə isə həmin müqavilə üzrə qeyd edilən dəyərdə və həmin müqavilədə göstərilən çeşiddə, miqdarda mal ölkəyə daxil olmuşdur. Bundan başqa məhkəmə tərəfindən banka sorğu ünvanlanaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə bütün məbləğ tam şəkildə xx.xx.2023-cü il tarixdə xaricə köçürülməklə tamamlandığı halda xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsilə xaricə köçürülmüş 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin Şəxs MMC ilə “X2 İlaç Tarım və Hay.Nak.San. İç və Dış LTD.ŞTİ” arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə aparılmasının mümkün olub-olmaması, mümkündürsə hansı əsas üzrə aparılmasına dair məlumat verilməsi qeyd edilsə də buna münasibət bildirilməmişdir. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli müqavilə üzrə pul vəsaiti ödənildiyi və mallar tam şəkildə gəldiyi halda xx.xx.2023-cü il tarixli köçürmənin xx.xx.2023-cü il tarixli müqaviləyə aid olmasının bank tərəfindən təqdim edilən sənədlərdə qeyd edilməsinin səbəbi məlum deyil. Bundan başqa bank tərəfindən təqdim edilən sənədlərdən görünür ki, bankın hüquqi şəxsin təkcə "xxxx" vasitəsilə xaricə köçürülən pul vəsaitləri barədə deyil, həmçinin digər bank vasitəsilə xaricə köçürülən pul vəsaitləri barədə məlumatı vardır. Lakin bank tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə yalnız "xxxx" ASC vasitəsilə 5.000 ABŞ dollarının xaricə köçürülməsinə dair məlumat təqdim edilmişdir. Halbuki hüquqi şəxs tərəfindən təqdim edilmiş bank çıxarışlarından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 10.000 ABŞ dolları pul vəsaiti "xxxx" ASC vasitəsilə, xx.xx.2023-cü il tarixdə isə 10.000 ABŞ dolları pul vəsaiti "xxxx" ASC vasitəsilə xaricə köçürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən bütün şübhə və anlaşılmazlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bank tərəfindən təqdim edilən sənədlər işin faktiki hallarına uyğun olmadığından, ziddiyyətli olduğundan mötəbər sübut kimi qəbul edilə və hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasının əsasını təşkil edə bilməz. Faktiki olaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə orada göstərilən mallar ölkəyə daxil olduğu halda, yalnız sənədləşmə işlərinin aparılmasında yanlışlıqların olması səbəbindən hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi formal mülahizələrə dayanaraq qərar qəbul edilməsinə gətirib çıxara bilər ki, bu da ədalətli olmamaqla məhkəmənin həqiqəti müəyyənləşdirmək vəzifəsinə də uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixli müqavilyə aid olmaqla həmin müqavilədə qeyd edilən malların ölkəyə gətirildiyini təsdiq etdiyindən Şəxs MMC-nin əməlində ona istinad edilən İXMnin 430.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC tərəfindən 10.868 (on min səkkiz yüz altmış səkkiz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçmədən həmin vəsait hesabına alınan malın ölkəyə idxal edilməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar