Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6062/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Suraxanı rayon MTKB –də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi “X6” markalı, **-RL-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə Maştağa-Buzovna yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozub, idarə etməni itirərək yolun soluna çıxaraq əvvəlcə orada quraşdırılmış TŞ kamerasına, sonra işıq dirəyinə çırpılmışdır. Toqquşma nəticəsində zərbədən dirəyin dəmir hissələri qırılaraq yolun kənarında dayanmış vəziyyətdə olan “OPEL Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa salon şüşəsinə çırpılaraq onu sındırmışdır. Nəticədə sürücü Şəxs və sərnişin X5 bədən xəsarəti almışlar. Avtomobillərə maddi zərər, TŞ kamerasına və işıq dirəyinə maddi zərər yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Hadisə zamanı ayağında qıcolma baş verdiyi üçün idarəetməni itirərək yolun kənarında kamera dirəyini və işıq dirəyini vurduqdan sonra avtomobil yolun kənarında olan torpaq hissədə dayanmışdır. Hadisə nəticəsində onun maşınında olan X5 yüngül dərəcəli bədən xəsarəti, özü isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Özü vətən müharibəsi iştirakçısı olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman qonşusu Şəxs idarə etdiyi avtomobildə olmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yüngül dərəcəli bədən xəsarət almışdır. İnzibati xəta haqqında iş üzrə Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1491 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Şəxs sağ körpücük sümüyünün az yerdəyişən qapalı sınığı, alın nahiyəsinin və sağ əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərkküt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1726 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X4 ağrı simptomu ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının yumşaq əziyi və sol dirsək oynağının sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin 29 avqust 2024-cü il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi “X6” markalı, **-RL-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə Maştağa-Buzovna yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozub, idarə etməni itirərək yolun soluna çıxaraq əvvəlcə orada quraşdırılmış TŞ kamerasına, sonra işıq dirəyinə sonra işıq dirəyinə çırpılmışdır. Toqquşma nəticəsində zərbədən dirəyin dəmir hissələri qırılaraq yolun kənarında dayanmış vəziyyətdə olan “OPEL Astra” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa salon şüşəsinə çırpılaraq onu sındırmışdır. Nəticədə sürücü Şəxs və sərnişin X5 bədən xəsarəti almışlar. Avtomobillərə maddi zərər, TŞ kamerasına və işıq dirəyinə maddi zərər yetirilmişdir. Bununla da Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM- 32.1.1), zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6062/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6062/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver