Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-607/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3490 manat pul vəsaiti və 54.9 manat dövlət rüsumu tutularaq X5 xeyrinə ödənilməli olduğu halda tam şəkildə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin xx.xx.2024-cü il tarixdə ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraatına qəbul edildiyini, borclu Şəxs adına heç bir əmlakın aşkar edilmədiyini və Şəxs heç bir məhkəmə qərarı olmadan borc məbləğini maddi vəziyyəti aşağı olduğu üçün hissəhissə olmaqla ödəyəcəyini söylədiyini qeyd edərək onun sonuncu ödənişi 200 manat olmaqla 4 ay müddətdir ki ödəniş etdiyini bildirmişdir. Əlavə olaraq, X1 isə borc məbləğinin ona tam şəkildə ödənilməsini istədiyini qeyd etmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında borcunu ödəməkdən yayınmadığını, maddi imkanının aşağı olduğunu, 3 dəfə 150 manat və 1 dəfə 200 manat məbləğində olmaqla 4 ay müddətdir ki ödəniş etdiyini, maddi vəziyyəti aşağı olduğu üçün X6 olan borc məbləğini hissə-hissə olmaqla ödəyə biləcəyini və həmin gün, yəni xx.xx.2025-ci il tarixdə müvafiq borc məbləğinin hissə-hissə olmaqla tələbkar şəxsə ödənilməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokolun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2na öz izahatında borclu Şəxs müvafiq borc məbləğini ödəməkdən yayındığı, müxtəlif bəhanələr gətirərək tam şəkildə ödəmədiyini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən olan borc məbləğinin tam şəkildə ödənilməsini və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş e- 2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1694/2024 saylı qətnaməsi ilə cavabdeh Şəxs 2490 (iki min dört yüz doxsan) manat məbləğində maddi zərər və 1000 (bir min) manat məbləğində mənəvi zərər cəmi 3490 (üç min dört yüz doxsan) manat pul və 54.9 (əlli dört manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. X2 tərəfindən Sabunçu rayon İcra Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsini tam şəkildə icra etməkdən boyun qaçırdığı qeyd edilərək borc məbləğinin Şəxs tutularaq X2na ödənilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş və eyni tarixlərdə Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3490 manat pul vəsaiti və 54.9 manat dövlət rüsumu tutularaq X5 xeyrinə ödənilməlidir. Şəxs Sabunçu Rayon İcra Şöbəsində verdiyi və iş materiallarına əlavə olunmuş 31 oktyabr 2024-cü il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, icra sənədi müəyyən edilmiş məbləği tam ödəməyə maddi imkanın olmadığını, həmin tarixədək 150 manat ödəniş etdiyini və borc məbləğini hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-7192/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Şəxs ölkədən getmək hüququnun müvəqqəti çəhdudlaşdırılması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən müvafiq borcun ödənilməsi istiqamətində borclunun ünvanında baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Şəxs Sabunçu Rayon İcra Şöbəsində verdiyi və iş materiallarına əlavə olunmuş 27 yanvar 2025-ci il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, icra sənədi müəyyən edilmiş məbləği tam ödəməyə maddi imkanın olmadığını, həmin tarixədək 650 manat ödəniş etdiyini, borc məbləğini hissə-hissə ödəyə biləcəyini və həmin gün icra sənədinin hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət etdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3490 manat pul vəsaiti və 54.9 manat dövlət rüsumu tutularaq X5 xeyrinə ödənilməli olduğu halda tam şəkildə ödənilməmişdir. Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1694/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 3490 manat pul vəsaiti və 54.9 manat dövlət rüsumunu tam şəkildə ödəyə bilmədiyi üçün hissə-hissə ödənilməsilə bağlı qərar çıxarılması xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Sabunçu rayon İcra Şöbəsinin hesabına Şəxs tərəfindən X5 pul tələbi üçün 150 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Sabunçu rayon İcra Şöbəsinin hesabına Şəxs tərəfindən X5 pul tələbi üçün 150 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Sabunçu rayon İcra Şöbəsinin hesabına Şəxs tərəfindən X5 pul tələbi üçün 150 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Sabunçu rayon İcra Şöbəsinin hesabına Şəxs tərəfindən X5 pul tələbi üçün 200 manat ödəniş edilmişdir. Şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, o, fərdi əməklə məşğul olduğu üçün hər ay ödənişlər etməyini nəzərə alınmaqla qətnamə üzrə borcun hər ay 150 manat olmaqla ödənilməsi ilə bağlı qərar qəbul edilməsi üçün müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ərizə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq, üzrsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Əksinə olaraq xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 150 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə 200 manat pul vəsaiti Sabunçu rayon İcra Şöbəsinin hesabına Şəxs tərəfindən X5 pul tələbi üçün köçürüldüyü müəyyən edilmiş və bununla üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyini nümayiş etdirmişdir. Bundan əlavə Şəxs borcun hissə-hissə ödənilməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizə üzrə baxılıb qərar qəbul edilməmişdir. Ərizə təmin olunacağı halda ümumiyyətlə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-607/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-607/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver