Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6071/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 29 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızından 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulmuş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızından 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsi 2024-cü ilin dekabr ayında icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, icra vərəqəsinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəfələrlə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. 9 aprel 2025-ci il tarixindən etibarən borclu barəsində icraatda olan icra sənədi üzrə ödənişlər etməyə başlamışdır. Bu dövr ərzində borclu ümumilikdə 1600 (min altı yüz) manat məbləğində vəsait ödəmişdir. Borclu hazırda da öhdəlik üzrə ödənişləri hissə-hissə olmaqla aylıq şəkildə davam etdirməkdədir. Tələbkar isə borcun tam həcmdə və birdəfəlik qaydada ödənilməsini tələb edir və borclunun ödənişləri hissəvi şəklində etməsini əsas gətirərək yaranmış vəziyyətə görə icra şöbəsini məsuliyyətli hesab edir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulmuşdur. O, əvvəlcədən bankdan kredit götürmüş, X6 isə kredit müqaviləsi üzrə ona zamin durmuşdur. Onun yaranmış maddi çətinlikləri səbəbindən kredit üzrə ödənişlər dayandırılmış, nəticədə bank qarşısında yaranmış borc zamin tərəfindən tam şəkildə ödənilmişdir. Daha sonra zamin X6 regress tələbi qaydasında məhkəməyə müraciət etmiş və ödədiyi məbləğin ondan tutulmasını tələb etmişdir. Məhkəmə qətnaməsi ilə regress tələbi təmin edilmiş və müvafiq məbləğin ondan tutulması qərara alınmışdır. Onun icra sənədi barədə məlumatı olmamış, bu barədə yalnız cari ilin aprel ayında xəbərdar olmuşdur. Məhz həmin tarixdən etibarən borclu könüllü şəkildə və davamlı ödənişlər etməyə başlamış, icra məmurunun çağırışlarından yayınmamışdır. Bununla yanaşı, hazırda hepatit xəstəliyindən əziyyət çəkir, səhhətindəki problemlərə görə daimi iş tapa bilmir və nəticə etibarilə icra sənədi üzrə öhdəlikləri tam şəkildə icra etmək imkanı məhduddur. Aylıq ödənişlər əsasən onun həyat yoldaşı tərəfindən təmin edilmişdir. Lakin həyat yoldaşının da maddi imkanlarının məhdud olması səbəbindən borcun tam məbləğinin qısa müddətdə ödənilməsi mümkün olmur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi X5 izahatında göstərmişdir ki, şəxsin əməlində hər hansı qərəz və ya qanundan yayınma halları yoxdur. O, icra sənədi üzrə öhdəliklərindən məlumatlı olduğu tarixdən etibarən hər ay mütəmadi şəkildə həmin sənəd üzrə ödənişlər həyata keçirir. Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə əsasən, heç bir şəxs borc öhdəliklərinə görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan, barəsində borca görə həbs tədbirinin tətbiqi Konvensiyanın müvafiq müddəalarına zidd hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Bu səbəbdən, həmin şəxs barəsində inzibati məsuliyyət tədbirinin tətbiqi və müvafiq protokolun tərtib edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, protokol təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 29 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızından 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulmuş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızından 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulmuşdur. “İcraata başlamaq haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5520/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 20 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, "İcra sənədində göstərilmiş tələbləri icra etməmə" halı inzibati məsuliyyətə səbəb olur. Lakin bu inzibati xətanın yaranması üçün şəxsin əvvəlcədən həmin icra sənədi barədə məlumatlandırılması, ona könüllü icra üçün müddət müəyyənləşdirilərək bu barədə rəsmi bildirişin təqdim edilməsi zəruridir. Məhkəmə qərarlarının və icra sənədlərinin icrası ilə bağlı əsas prinsiplərdən biri tərəfin məlumatlandırılması və müdafiə hüququnun təmin edilməsidir. Borclunun icra sənədi barədə yalnız cari ilin aprel ayında məlumat əldə etməsi onun əvvəlki dövrdə icra tələblərini yerinə yetirməməsi ilə bağlı qəsdin mövcud olmadığını göstərir. İcra sənədindən xəbərdar olduğu andan etibarən borclu könüllü şəkildə ödənişlər etməyə başlamış, icra məmurunun çağırışlarına gəlmiş və icra prosesindən yayınmadığını təsdiqləmişdir. Maddi vəziyyətinin ağır olması, hepatit xəstəliyindən əziyyət çəkməsi və daimi iş tapa bilməməsi səbəbilə öhdəliyi tam həcmdə və qısa müddətdə icra etmək imkanı məhduddur və bu hallar onun faktiki imkansızlıq vəziyyətində olmasını göstərir. İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi tələb olunur. Mövcud faktlar borclunun icra tələblərini qəsdən pozmadığını, əksinə imkanları daxilində icra sənədi icra etdiyini sübut edir. Maddi cəhətdən imkanının olmaması və səhhəti səbəbindən icranın çətinləşməsi hüquqi baxımdan qəsd kimi qiymətləndirilə bilməz və inzibati xəta tərkibini yaratmır. Həmçinin icra məmurunun konkret tələblərinin borclu tərəfindən icra edilməməsi və bu tələblərin qəsdən pozulması faktı mövcud deyil. Beləliklə, inzibati xəta tərkibinin həm obyektiv, həm də subyektiv əlamətləri yaranmadığından, İXM-nin 528.1-ci maddəsi ilə aparılan icraatın davam etdirilməsi hüquqi əsas kəsb etmir. Göstərilən faktlar kontekstində qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-6071/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6071/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver