Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6089/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2025-ci il tarixli EQ 30463114 nömrəli inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2025-ci il tarixli EQ 30463114 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət inzibati xəta haqqında protokoldan verilmiş şikayət kimi qiymətləndirilməli, inzibati xəta haqqında protokoldan verilmiş şikayət şikayətçiyə geri qaytarılmalıdır. Bundan başqa, şikayətdən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozmasına görə barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2025-ci il tarixli EQ 30463114 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalı, şikayətçiyə üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2025-ci il tarixli EQ 30463114 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6089/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6089/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver