Məhkəmə qərarları › İş №3(008)-6091/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6091/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6091/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən “Oba” marketin qarşısından oğurluq etmişdir. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis baç leytenantı X8 tərəfindən 31 oktyabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında xx.xx.2025-ci il tarixdə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsində olan “Oba” marketin qarşısında tanımadığı şəxsə məxsus olan velosipeti həmin gün içkili olduğundan oğurlamış və səhəri gün həmin velosipeti 65 (altımış beş) manata tanımadığı şəxsə satmışdır. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X8 protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Anar Kərimov tərəfində tərtib edilmiş 21 avqust 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə X1 RPİ-nin 15-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə 01 radələrində yaşadığı 1 Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən “Oba” marketin qarşısında az yaşlı övladına məxsus “Bimx gtr” markalı velosipei naməlum şəxs tərəfindən oğurlandığını və baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəydiyini bildirmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş 31 oktyabr 2025-ci il tarixli MN nömrəli ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən “Oba” marketin qarşısından velosiped oğurladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; X2 ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə 01 radələrində yaşadığı 1 Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən “Oba” marketin qarşısında az yaşlı övladına məxsus “Bimx gtr” markalı velosipei naməlum şəxs tərəfindən oğurlandığını və baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəydiyini bildirmişdir Barəsində inzibati protokol tərtib olunmuş Şəxs tərəfindən zərəçəkmiş X3 dəymiş maddi ziyanın ödənilmədiyini, onunla barışıq əldə olunmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə, saat 00:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «30» oktyabr 2025-ci il tarixdən, saat 00:15-dən hesablanmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 oktyabr 2025-ci il tarixdən, saat 00:15-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar