Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6096/2025 01.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7nın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis şöbəsinin sahə inspektoru polis mayoru Ülfət İsgəndərovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 10 avqust 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan – Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə zamanı Şəxs Pisixostimulyatorlardan istifadə etmə halları olunur. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən Əzab Çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis şöbəsinin sahə rəisi polis mayoru X3 tərəfindən MN № ******* nömrəli, 01 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ərazidə xidmətdə olarkən saat təxmini olaraq 22:45 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Azərbaycan Qadını” küçəsində xidmətdə olarkən iki nəfər şəxsi görüb onlara yaxınlaşaraq özünü təqdim etdikdən sonra, sənədlərini iştəmiş üzərlərində sənədləri olmadığından və gözlərinin qızarmış olması, əllərinin əsməsi, yayındırıcı cavablar verərək həmin yerdən uzaqlaşması onların narkotik istifadəçisi olmasına şübhələr yaratmış, bu səbəbdən yoxlanış üçün Polis Bölməsinə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1995-ci il təvəllüdlü X5 və xx.xx.1994-cü il təvəllüdlü X4r. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında narkotik vasitədən ilk dəfə istifadə etdiyini etiraf edərək, törətdiyi əməldən səmimi peşman olduğunu və məhkəmədən ona yüngül cəza verməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş 6833 nömrəli, 01 noyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 rəyindən görünür ki, müayinə zamanı Şəxs Pisixostimulyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən Əzab Çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında 01 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 01 noyabr 2025-ci il tarixdə, saat 03:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını və ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinə ehtiyacın olmadığını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə iclası zamanı barəsində inzibati protokol tərtib edilmiş şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs ərazi dövlət narkoloji tibb müəssisəsi tərəfindən qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Mirzəliyev. İş № 3(008) 3990/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 08 iyun 2024-cü il Bakı şəhəri Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7nın katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Fuad Qazıyevin, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X6 iştirakı ilə, X6 İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 19:20-də açıldı. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasına etiraz etmədiklərini bildirirlər. Hakim məhkəmə içlasını açır və X6 Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati protokolu tərtib etmiş şəxs və inzibati xəta törədən şəxs məhkəmə iclasına gəlmişlər. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Mirzəliyev Ruslan Əsəd oğlu Katib: X7 Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim inzibati işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. İnzibati protokolu tərtib edən şəxs: Fuad Qazıyev-Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru İnzibati xəta törədən şəxs: X10-12 yanvar 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Hakim inzibati xəta törədən şəxsə hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələrim mənə aydındır. X1 07 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim edir. Siyahıda olan vəkillərdən və ya özünün tanıdığı hər hansı bir vəkillə hüquqlarının həyata keçiribkeçirməmək istəyini soruşur. X10 vəkilin hüquqi yardımından imtina edir və bu barədə ərizə tərtib olunur ərizəni imza edir. Hakim Azərbaycan Respublikasının İXM-nin 65.4-cü maddəsinə əsasən inzibati iş üzrə tərəflərə hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələrim mənə aydındır. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. İş üzrə zəruri materiallar elan olunur. Hakim inzibati protokolu tərtib etmiş şəxsə söz verir. İnzibati protokolu tərtib etmiş şəxs: xx.xx.2024-cü il saat 05:00 radələrində ərazidə xidmətdə olarkən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində üç nəfər şəxs uca səslə danışdığından həmin şəxslərə yaxınlaşaraq özünü təqdim edərək vətəndaşı nizam intizama dəvət etdiklərini, həmin şəxslərin narkotik vasitələrin istifadə etdiklərini şübhələndiyindən həmin vətəndaşları 13-cü PŞ-nə dəvət edərək, bölmədə o narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, X10 barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edirəm. s/c-həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Hakim inzibati xəta törətmiş şəxsə söz verir. İnzibati xəta törədən şəxs X10: narkotik vasitədən istifadə etdiyimi etiraf edirəm. Törətdiyim əməldən səmimi peşmanam. ABir daha narkotik vasitədən istifadə etməyəcəyimə söz verirəm. Məhkəmədən mənə yüngül cəza verilməsini xahiş edirəm. Sədrlik edən inzibati xəta törədən şəxs s/c: Bəli, törətmiş olduğum əməldən peşmanam. Hakim inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, inzibati xəta törədən şəxsin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası bağlı elan olunur. SƏDRLİK EDƏN: KATİB:
Məhkəmə qərarları › İş №3(008)-6096/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6096/2025
01.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver