Məhkəmə qərarları › İş №3(008)-612/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-612/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-612/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, 26 dekabr 2023-cü il tarixdə saat 14:45-də ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (stasionar, anestezioloji-reanimatoloji, stasionar plastik cərrahi, stasionar ümumi cərrahi) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs «MEDİCARE KLİNİKASİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, onlar lisenziya üçün müraciət etsələrdə bununla bağlı lisenziya alınmadan lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olmuşlar, hazırda təqsirlərini etiraf edir, nəzərə alınmasını xahiş edir Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «MEDİCARE KLİNİKASİ” MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X4 şöbəsinin mütəxəssisi Nümayəndə1 tərəfindən tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 26 dekabr 2023-cü il tarixdə saat 14:45-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildan Məmmədəliyev küçəsi ünvaında yerləşən «MEDİCARE KLİNİKASİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (stasionar, anestezioloji-reanimatoloji, stasionar plastik cərrahi stasionar ümumi cərrahi) aşkar edilmiş, nəticədə hüquqi şəxs «MEDİCARE KLİNİKASİ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisənin 26 dekabr 2023-cü il tarixli 860 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, 26 dekabr 2023-cü il tarixdə saat 14:45-də ünvan 1ndə yerləşən «MEDİCARE KLİNİKASİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlamanın birinci sualı üzrə qeyd edilmişdir ki, tibbi qeydiyyat sənədlərin “xəstəlik tarixçəsi” Sabunçu rayon prokurorluğunda olduğunda baxılması mümkün olmamışdır. Yalnız əməliyyat jurnalı baxışa təqdim edilmişdir. Yoxlamanın ikinci sualı üzrə nöqsan aşkar edilmədi. Yoxlamanın üçüncü sualı üzrə onu qeyd edim ki, lisenziyadan kənar iş və fəaliyyət (stasionar, anestezioloji-reanimatoloji, stasionar plastik cərrahi, stasionar ümumi cərrahi) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 25 dekabr 2023-cü il tarixli 1462 saylı Qərardan görünür ki, «MEDİCARE KLİNİKASİ” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada AEM-nin Tibbi Nəzarət şöbəsinin müdiri X2, AEM-nin Tibbi Nəzarət şöbəsinin müdir müavini X6, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Nümayəndə1, AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X8 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə «MEDİCARE KLİNİKASİ” MMCyə məlumat verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 25 dekabr 2023-cü il tarixli KY23067794 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 25 dekabr 2023-cü il tarixli 1462 saylı Qərar əsasında «MEDİCARE KLİNİKASİ” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. «MEDİCARE KLİNİKASİ” MMC-nin baş həkimi X7 izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə klinikada keçirilən “Düz əzələ diostazı” diaqnozu ilə əməliyyata alınan X1 (53 yaşlı) əməliyyat zamanı vəfat etmişdir. O xəstəni əməliyyatdan təxminən 10- 12 gün əvvəl görmüşdür. Həmin kardioloq xəstənin perikardında transudant gördüyü üçün əməliyyata icazə verməmişdir. Xəsətənin davamlı israrı üzərindən təxminən 10 günlük müalicədən sonra xəsətənin bütün göstəriciləri normal olduğu üçün əməliyyata icazə vermişdir. Əməliyyat günü axşam saat 18:00-18:05 radələrində iş günün sona çatması ilə əlaqədar əməliyyatxanaya qalxadıqda əməliyyatın təbii qaydada, normal davam etdiyinin şahidi olmuşdur. Əməliyyatda iştirak edən həkimlər ona əməliyyatın sona çatmaq üzərə olduğunu, hər şeyin qaydasında olduğunu bildirmişdirlər. Xəstəyə qoşulmuş xəsətəbaşı monitorda və süni tənəffüs aparatının monitorunda bütün hemodinamik göstəricələrin norma daxilində olduğunu görmüşdür. Sonra klinikanı tərk edərək öz avtomobili ilə evə getmişdir. O, həyətə çatanda (30-40 dəqiqə sonra) klinikadan zəng edərək xəsətnin vəziyyətinin qəfələtən pisləşdiyini, saturasiyanın itdiyini bildirmişdirlər. O təxminən saat 19:30 radələrində işə çatmışdır. Təcili surətdə əməliyyatxanaya girdikdə oradakıların xəstə üzərində işlədiklərini, qapalı ürək masajı etdiklərini, şok əleyhinə tədbirlər həyata keçirdiklərini görmüşdür. Təxminən 0.5-1 saatlıq tədbirlərdən sonra xəstənin heç bir reaksiya vermədiyini və ölümün baş verdiyini bildirdilər. Bundan sonra polis və prokuroroluq orqanlarına məlumat vermişdirlər. Xəstə yaxınlarına bu barədə məlumat verdik. «MEDİCARE KLİNİKASİ” MMC-nin həkim-cərrahı X3 izahatında qeyd etmişdir ki, baş verən hadisə ilə bağlı bildirmək istəyir ki, xəstə Məmmədova Lətafət MEDİCARE KLİNİKASİ-na və şəxsən ona planlı şəkildə müraciət edərək əməliyyat olmaq istədiyini bildirmişdir. Pasientə ilkin baxış keçirilmiş, “Düz əzələ diostazı” diaqnozu qoyulmuşdur. Pasientin laborator və enstrumental müayinlərdən keçirdikdən sonra perikard kisəsində normadan bir qədər artıq maye aşkarlandığından əməliyyat təxirə salınmış, pasientə təxminən 10 günlük konservativ müalicə yazılmışdır. Müalicdən sonra pasient təkrar müayinədən keçirilmiş, perikard kisəsində olan maye azaldığından pasienti əməliyyata hazırlama qərarı verilmişdir. xx.xx.2023-cü il tarixdə pasient əməliyyata hazırlanıb planlı əməliyyata götürülmüşdür. Pasientə düz əzələ diostazının ləğvi, fartukun götürülməsi, liposaksiya icra olunmuşdur. Əməliyyatın bitməsinə təxminən 15-20 dəqiqə qalmış xəstədə anidən arterial təzyiqin düşməsi taxikardiya müşahidə olunmuşdur. Pasientə dərhal anestezioloji-reonimasyon tədbirlər başlanılmışdır, effekt verməmiş xəstədə ürək dayanması qeydə alınmışdır. Xəstəyə ürəyin qapalı masajına və digər reanimasyon tədbirlər baxmayaraq xəstədə bioloji ölüm qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 12-26 dekabr 2023cü il tarixli 534 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında yerləşən «MEDİCARE KLİNİKASİ” MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar – stasionar, anestezioloji-reanimatoloji, stasionar plastik cərrahi, stasionar ümumi cərrahi – iş və fəaliyyət ilə məşğul olunması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş tibbi müayinə çıxarışlarından və izahatlarından məlum olur ki, «MEDİCARE KLİNİKASİ” MMCyə məxsus ünvan 1 ünvanında yerləşən klinikada stasionar, anestezioloji-reanimatoloji, stasionar plastik cərrahi, stasionar ümumi cərrahi fəaliyyəti həyata keçirilmişdir. Bununlada, hüquqi şəxs «MEDİCARE KLİNİKASİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən «MEDİCARE KLİNİKASİ” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «MEDİCARE KLİNİKASİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar