Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6130/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən, Zəngilan Rayon Məhkəməsinin 2(034)-01/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, Şəxs 10020 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Lakin Şəxs məhkəmə qətnaməsini icra etməyərək, 10020 manat məbləğində borc tələbinin ödənilməsindən üzürlü səbəb olmadan yayınmışdır. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan icra vərəqəsi əsasında Şəxs barəsində Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 28 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 28 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6130/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6130/2022
28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver