Məhkəmə qərarları › İş №3(008)-6131/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6131/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6131/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Masallı rayonu, Mahmudavar kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:40 radələrində ərazidə xidmət aparan polis əməkdaşları mübahisə etmiş, həmin gün 42-ci PB-nə gətirildikdən sonra polis əməkdaşları ilə yersiz və əsassız mübahisə edərək səs küy salmaqla PB-nin iş rejimini pozmuş, ona edilmiş xəbərdarlıqlara əhəmiyyət vermədiyinə görə barəsində inzibati xətalar haqqında protokol tərtib edilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən MN № ******* saylı, 06 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:40 radələrində ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə etmiş, həmin gün 42-ci PB-nə gətirildikdən sonra polis əməkdaşları ilə yersiz və əsassız mübahisə edərək səs küy salmaqla PB-nin iş rejimini pozmuş, ona edilmiş xəbərdarlıqlara əhəmiyyət vermədiyinə görə barəsində inzibati xətalar haqqında protokol tərtib edilmişdir. Daha sonra raportla bölmə rəisinə müraciət olunmuş, həmin raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq etiraf edir, əməlindən çox peşmandır. Həmin gün əsəbi olmuşdur. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Ona verilən suallara cavabında bildirmişdir ki, əsəbi olduğundan polis əməkdaşları ona yaxınlaşan zaman onlarla mübahisə etmişdir. Polisə müqavimət göstərdiyini və səs küy salmağını etiraf edir. Etdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, 05 noyabr 2025-ci il tarixdə, saat 20:40 radələrində bölmənin ərazisində xidmətdə olan zaman vətəndaş Şəxs “Niva” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan zaman ona iradlarını bildirdikdə onlarla kobud danışaraq ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onu dəfərlərlə intizama dəvət etsələr də, mübahisə etmiş, həmin gün 42-ci PB-nə gətirildikdən sonra polis əməkdaşları ilə yersiz və əsassız mübahisə edərək səs küy salmaqla, daha sonra ona suallar verdikdə aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə əsəbi olduğundan polis əməkdaşları ona yaxınlaşan zaman onlarla mübahisə etdiyini, polisə müqavimət göstərdiyini və səs küy saldığını etiraf etmişdir. Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən MN № ******* saylı, 06 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xətalar haqqında protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş raportdan və şəxsin məhkəmədə verdiyi izahatdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:40 radələrində 42-ci PB-nin ərazisində xidmət aparan polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını qeyd etmişdir. İş üzrə Şəxs baş vermiş hadisəyə görə peşmançılığını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Lakin məhkəmə törədilən inzibati xətaların növ müxtəlifliyini, barəsində inzibati xəta törətmiş şəxsin hərəkətlərinin davam etdirilməsini inzibati tənbeh növünün seçilməsində nəzərə almağı məqsədəmüvafiq hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmənin verilmiş suallarına cavabında Şəxs bildirmişdir ki, əsəbi olduğu üçün polis əməkdaşlarına tabesizlik göstərmişdir. Tərətdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 noyabr 2025-ci il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar