Məhkəmə qərarları › İş №3(008)-6135/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6135/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6135/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN seriyalı, ******* nömrəli, 01 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından və həmin qərarın qüvvədə saxlanılması barədə 20 oktyabr 2025-ci il tarixli, 3-17-5/1-Z-62304/2025 saylı qərardan verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN seriyalı, ******* nömrəli, 01 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və həmin qərarın qüvvədə saxlanılması barədə 20 oktyabr 2025-ci il tarixli, 3-17-5/1-Z-62304/2025 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə cəzası tətbiq olunmuşdur. Barəsində qəbul edilmiş həmin qərara əsasən müəyyən edilmişdir ki, fərdi sahibkar kimi işçiləri olan X11, X5, X3 və X6 ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamışdır. Lakin buna baxmayaraq, qeyd olunan işçiləri bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməmişdir. Barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərardan şikayət vermişdir. Şikayətə baxan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 20 oktyabr 2025-ci il tarixli, 3-17-5/1-Z-62304/2025 saylı qərarla şikayət təmin edilməmiş, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İ Qarabağ müharibəsi dövründə cəbhə xətti boyunca müxtəlif istiqamətlərdə aparılan döyüş əməliyyatlarında fəal iştirak etmiş və həmin döyüşlərin birində yaralanmışdır. Almış olduğu xəsarətlərə görə ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. O, müharibə veteranıdır və Qarabağ Əlillər Cəmiyyətinin üzvüdür. O, fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə işçilərinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini təmin etmiş, habelə vergilərin, sosial sığorta haqlarının və digər icbari dövlət ödənişlərinin vaxtında və tam məbləğdə ödənilməsini həyata keçirmişdir. Bununla yanaşı, o, işçilərinin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının zəruri olması barədə məlumatının olmadığını qeyd etmişdir. Həmçinin bu məsələ ilə bağlı indiyədək hər hansı dövlət orqanı tərəfindən ona yazılı və ya şifahi bildiriş, xəbərdarlıq və ya göstəriş verilmədiyini bildirmişdir. Qeyd etmişdir ki, əgər bu barədə hər hansı bildiriş və ya xəbərdarlıq almış olsaydı, qeyd olunan sığorta rəsmiləşdirilməsini dərhal icra edərdi. Barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qəbul edildikdən dərhal sonra bütün işçilərini qanunvericiliyin tələblərinə uyğun olaraq bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamışdır. Qeyd olunan sığortalanma ilə bağlı müvafiq təsdiqedici sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə təqdim edilmişdir. Lakin buna baxmayaraq, göstərilən hal nəzərə alınmamış və barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar ədalətsiz və əsassızdır. Buna görə də həmin qərar ləğv edilməli, inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın, habelə həmin qərarın qüvvədə saxlanılması barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1- Z-62304/2025 saylı qərarın ləğv edilməsi, inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X10 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın, habelə həmin qərarın qüvvədə saxlanılması barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/1- Z-62304/2025 saylı qərarın ləğv edilməsi, inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, fərdi sahibkar X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X10 həmin qərardan şikayət verərək, inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 işçilərlə əmək müqavilələri bağladığı zaman onların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının zəruri olması barədə məlumatsız olmuşdur. O, əmək müqaviləsi bağladığı şəxslərlə qanunvericiliyin tələblərinə uyğun olaraq icbari sığorta müqavilələrinin qısa müddət ərzində bağlanacağını bildirmişdir. Xidmət inzibati tənbehvermə haqqında qərardan şikayətə baxaraq X10 barəsində Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında elektron qərar qüvvədə saxlanılmışdır. Belə ki, iş materiallarında Xidmətin inzibati tənbehvermə haqqında elektron qərarına əsasən müəyyən olunur ki, fərdi sahibkar X10 ilə işçilər X11, X7, X3 və X6 arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı aşkar edilmişdir. İşçinin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına görə fərdi sahibkar X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan iş materiallarına əsasən müəyyən olunur ki, fərdi sahibkar X10 tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı təsdiqlənmiş, həmçinin bu faktı təkzib edən hər hansı sübut və ya hal aşkar edilməmişdir. Nəticədə həmin işçilərin hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri pozulmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/1-Z-62304/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı X10 barəsində dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Şikayətçi fərdi sahibkar X10 özü də etiraf etdiyi kimi işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalandırmaq öhdəliyini yerinə yetirməmişdir. Bu öhdəlik Azərbaycan Respublikasının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə müəyyən edilmişdir. Aparılmış yoxlama nəticəsində işçilər X11, X7, X3 və X1 icbari sığortalanmaması faktı təsdiqlənmişdir. Fərdi sahibkar tərəfindən bu faktı təkzib edən hər hansı sübut, sənəd və ya arqument təqdim edilməmişdir. Bu isə sübut edir ki, işçilərin hüquqları pozulmuş və qanunvericiliyin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Bu norma işçilərin hüquqlarının qorunmasını təmin edir və işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi risklərinə qarşı sığorta təminatının yaradılmasını nəzərdə tutur. Fərdi sahibkar X4 hərəkətləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyət yaradır. İşçilərin hüquqlarının qorunmaması və qanunun tələblərinin pozulması faktı təsdiqlənmişdir, buna görə də inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin olunması üçün əsaslar yoxdur. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN seriyalı, ******* nömrəli, 01 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və həmin qərarın qüvvədə saxlanılması barədə 20 oktyabr 2025-ci il tarixli, 3-17-5/1-Z-62304/2025 saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN seriyalı, ******* nömrəli, 01 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və həmin qərarın qüvvədə saxlanılması barədə 20 oktyabr 2025-ci il tarixli, 3-17-5/1-Z-62304/2025 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar