Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6137/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31611904 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31611904 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus 90RM733 dövlət qeydiyyat nişanlı, “Toyoto BZ3X” markalı avtomobillə xx.xx.2025-ci il tarixində törətdiyi inzibati xəta əməlinə görə 4 bal 150 manat məbləğində cərimə edilmişdir. O, qeyd edir ki, barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Səbəbini isə belə açıqlayır ki, AR İXM-in 81.1-ci maddəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilir. Həmçinin, həmin məcəllənin 100.5.8-ci maddəsinin tələbinə görə isə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. O, qeyd edir ki, barəsində tərtib olunaraq ona məxsus elektron kabinetə yerləşdirilmiş qeyd edilən inzibati xəta haqqında məlumatlar və fotoşəkillərdən göründüyü kimi həmin inzibati xəta xüsusi texniki vasitə hesab edilən Təhlükəsiz Şəhər kamerası vasitəsilə qeydə alınmışdır. Lakin bu xətanın qeydə alınması zamanı AR İXM-in 100.5.8-ci maddənin tələblərinə riayət olunmamışdır. Göstərilənlərə əsasən barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun, 4 bal və 150 manat məbləğində cərimə edilməyi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31611904 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə əks istiqamətli hərəkət zolağına keçmişdir. Həmin vaxt yolda sıxlıq olduğundan yol polisi əməkdaşının göstərişi əsasında bunu etmişdir. Bundan başqa hadisə anının görünütləri xüsusi texniki vasitə əsasında deyil, (hansı ki xüsusi texniki vasitə ilə bağlı qanunvericilikdə müəyyən tələblər vardır) TŞK vasitəsilə qeydə alınmışdır. Göstərilənlərə əsasən hesab edir ki, barəsində tərib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq qərarı qəbul etmiş Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31611901 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 13:04-də idarə etdiyi 90RM733 dövlət qeydiyyat nişanlı, “Toyoto BZ3X” markalı avtomobillə Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xətlərinin tələbini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli hərəkət zolağına keçirərək nəqliyyat axının əksinə hərəkət etmişdir. Bununla da AR İXMnin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, şikayətçi 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına keçirərək nəqliyyat axının əksinə hərəkət etmişdir. Sürücünün həmin yolda əks istiqamətli hərəkət zolağına çıxmasının yol polis əməkdaşının göstərişi əsasında hərəkət etməsinə dair mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, fotoşəkillərdə və videogörüntüdə yol polis əməkdaşının belə bir göstəriş verməsi müəyyən olunmamışdır. Həmçinin sürücü əks istiqamətli hərəkət zolağına keçərək nəqliyyat axının əksinə hərəkət etməsini inkar etməmişdir. Video və fotogörüntünün xüsusi texniki vasitə ilə deyil, TŞK vasitə ilə qeydə alınması inzibati xəta hadisəsinin baş verməsini aradan qaldırmamaqla əməlin ona istinad edilən maddə ilə tövsif edilməsinə heç bir təsiri yoxdur. Sürücünün nəqliyyat vasitəsini idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxması həmin zolaqda hərəkət edən nəqliyyat vasitəsilərinin hərəkətinə mane olmaqla yanaşı həmçinin qəza vəziyyətinin yaranmasına da gətirib çıxara bilməsi ehtimalını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətçi yol verdiyi inzibati xətaya görə haqlı olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 31611904 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31611904 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31611904 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 31611904 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6137/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6137/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver