Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6139/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İş № 3(008)-6139/2025 surət AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ 07 noyabr 2025-ci il Bakı şəhəri X12 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 noyabr 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 07 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrdə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yüksək səslə kobud şəkildə ictimai asayişi pozaraq qardaşı X5 ilə mübahisə etməsi aşkar olunmuşdur. Eyni zamanda 07 noyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda qeyd edilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə PŞ-nə təmin edildiyi andan etibarən uca səsələ qışqıraraq polis əməkdaşlarına hədə qorxu gəlməsi, polisin xidməti fəaliyyətinə kölgə salan ifadələr işlədərək iş rejimi qaydalarını kobud şəkildə pozması aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X4 hər iki protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Nərimanov rayonuna getmək üçün taksi sifariş etmək istətikdə, kiçik qardaşı Qamət öz avtomobilə ilə onu aparmaq üçün israr etmiş o, təkidlə taksi ilə gedəcəyini bildirmişdir. Bu zaman polis əməkdaşları onların aralarında mübahisə olduğunu düşünmüş və onlara yaxınlaşmışlar. Daha sonra polis əməkdaşlarına qardaşı ilə mübahisə etmədiyini, qardaşı onu öz avtomobili ilə aparmaq istədiyini və bunun üçün də israr etdiyini demişdir. Polis əməkdaşları onları narkoloji mərkəzə aparmağı dəvət etdikdə isə onlar içkili olduğunu etiraf etmişlər və narkoloji müayinədən keçməkdən imtina etmişlər. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən polis əməkdaşları onu sakitləşdirməyə çalışarkən yenidən aralarında mübahisə yaranmış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirmişdir. Törətdiyi əməlindən peşman olduğunu və polis əməkdaşlarının hər birindən ayrı ayrılıqda üzr istədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X10 izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində gecə saatlarında onlar 2 nəfər vətəndaşın mübahisə etdiyni görüb yaxınlaşmışlar, bu zaman hər iki vətəndaşın içkili olduğunu bilib onları narkoloji müayinədən keçmələri üçün PŞ-nə dəvət etmişlər. Bu zaman vətəndaş Şəxs içkili olduğunu etiraf etmiş və müayinədən keçməkdən və PŞ-nə getməkdən imtina etmişdir. Daha sonra post-patrul əməkdaşları ilə aralarında mübahisə yaranmış və onlara qarşı tabesizlik göstərmişdir. Polis əməkdaşları çətinlikdə olsada onları PŞ-nə gətirməyə nail olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin məsul növbətçisi X6 izahatında görsətmişdir ki, vətəndaş Şəxs şöbəyə gətirildikdə aqressiv davranmış, dəfələrlə xəbərdarlıq edilsə də polis əməkdaşlarına tabesizlik göstərmişdir. Polis əməkdaşları onu içkili olduğu, narkoloji müayinəyə aparmalı olduqlarını bildirdikdə isə polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş, onların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanova həmin Şöbənin məsul növbətçisi Rauf Cəlilov tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. xx.xx.2025-ci il saat 01:28 radələrində 102 XZM-nə Yavər Əliyev küçəsində mübahisə olması barədə məlumat daxil olmuşdur, PPXB-nin əməkdaşları ünvanda mübahisə edən xx.xx.1977-ci il təvəllüdlü Şəxs və xx.xx.1979-cu il təvəllüdlü X2 PŞ-nə dəvət etmiş, vətəndaşlar PŞ-nə daxil olduğu andan etibarən şöbə daxilində nalayiq ifadələrlə uca səs küylə etiraz etməyə başlamış və onlar həmin şəxsləri dəfələrlə sakitləşməyə, nizam intizam dəvət etsələr də, lakin həmin şəxslər polisin qanuni tələbini pozaraq polisin ünvanına nalayiq ifadələrlə qanuna zidd hərəkətlər etmiş, Növbətçi Hissənin iş rejim qaydalarını dəfələrlə kobud sürətdə pozmuşdur. Qeyd olunanları nəzərə alaraq həmin şəxslər barəsində araşdırma aparılaraq qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin rəisi X9 RPİ-nin PPXB-nin polis nəfərləri Həsənov Emin və Hacıyev Sənan tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində xidmətdə olduqları zaman 2 nəfər şəxsin yüksək səslə mübahisə etdiyini görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxsləri 13-cü PŞ-nə təmin etdikdə məlum olmuşdur ki, həmin şəxslər Şəxs və X3r. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:35-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsiri Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında protokollar, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməli, həbsetmənin əvvəli 07 noyabr 2025-ci il tarixdən saat 01:35-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 noyabr 2025-ci il tarixdən saat 01:35-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(008)-6139/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6139/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver