Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-614/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 10 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 10 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» Qərar qəbul edilmişdir. Qərara əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC-in idxal etdiyi 08/20xx-xx/2024 tarixli «Elasti-Q» əmtəə nişanlı məhsulun tərkibində xx.xx.2023-cü il tarixli sınaq protokoluna əsasən uyğunsuzluq olması (etiketdə), xx/xx/2023-xx/xx/2026-cı il tarixli «CalciBest» əmtəə nişanlı məhsulun tərkibində (etiketdə) xx.xx.2023-cü il tarixli sınaq protokoluna əsasən uyğunsuzluq aşkar olunmuş və nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə görə 1.500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göstərilən qərar ona ümumiyyətlə təqdim edilməmiş, inzibati orqan tərəfindən "xxxx" MMC-in nümayəndəsinə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Ona isə göstərilən qərar xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İstehlak bazarlarına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı ticarət şəbəkələrindən götürülmüş "xxxx" MMC tərəfindən müraciət əsasında ölkəyə idxal olunmuş və qida təhlükəsizliyi sertifikatı ilə təmin edilmiş xx.xx.2023-cü il istehsal tarixli xx.xx.2026-cı il son istifadə tarixli (partiya nömrəsi CBB05) 150 ML həcmli «CalciBest Baby» əmtəə nişanlı bioloji aktiv qida məhsullarından nümunələr götürülərək laborator müayinələrin aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına, istehlak bazarlarına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı ticarət şəbəkələrindən götürülmüş "xxxx" MMC tərəfindən-İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş və qida təhlükəsizliyi sertifikatı ilə təmin edilmiş xx.xx.2021ci il istehsal tarixli -xx.xx.2024-cü il son istifadə tarixli (partiya nömrəsi 464) «Elasti-Q» 30 əmtəə nişanlı bioloji aktiv qida məhsullarından nümunələr götürülərək laborator müayinələrin aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına verilmişdir. xx.xx.2023-cü il tarixli 4k22Wcx/LAB05-23010-T010 nömrəli sınaq protokoluna əsasən «Elasti-Q»№li 30 əmtəə nişanlı bioloji aktiv qida məhsulunda Vitamin D3, Dəmir, Vitamin B2, Vitamin B1, Sink, Kalsium, Vitamin B6, Vitamin C və Maqneziumun miqdarı etiket məlumatlarına uyğun olmamışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli YPK/0911-23/1 nömrəli qərarı "xxxx" MMC barəsində qəbul edilsə də, inzibati orqan ona məlum olmayan səbəbdən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı "xxxx" MMC barəsində yox, vəzifəli şəxsi kimi onun barəsində çıxartmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli MN ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» Qərar əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Bölmənin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş MN ******* №li, 10 yanvar 2024-cü il tarixli 447.0.1-ci maddəsinə əsasən 1.500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəfi dinləyib, iş üzrə əhəmiyyətli olan bütün halları araşdırıb hesab edir ki, şikayət verimiş şəxs tərəfindən qərarın ləğv olunması üçün heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 10 yanvar 2024-cü il tarixli, MN ******* №li qərarının ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-614/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-614/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver