Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6143/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Klin şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli massivi, sahə 36 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-dən s İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Şəxs şikayət ərizəsi əsasında xırda talama etməsi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən Şəxs vətəndaş X2 şikayət ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə 42-ci Polis Bölməsinə dəvət edilmiş, narkoloji müayinə nəticəsində narkotikdən istifadə etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 07 noyabr 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən Şəxs vətəndaş X2 şikayət ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə 42-ci Polis Bölməsinə dəvət edilmiş və xırda talama etməsi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 07 noyabr 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, X3 uzun müddətdir ki tanıyır və uşaqlıq dostudur. Qumar oyunlarının aludəçisi olduqlarından və bu səbəbdən hər zaman pula ehtiyacları olduğundan müxtəlif yerlərdə insanları aldadıb, etibarlarından sui isifadə edib, onlara qarşı dələduzluq etmişlər. Eyni qaydada xx.xx.2025-ci il tarixdə uzun müddətdir tanıdığı dostu olan X6 ilə birlikdə icarəyə götürdükləri mavi rəngli “Hyundai” markalı nəqliyyat vasitəsi ilə pula ehtiyacı olduğundan Nardaran qəsəbəsinə yaxınlaşıb orada yol kənarında yanacaq satan köşkə yaxınlaşıb ona özlərini polis işçisi kimi təqdim etmiş, polis yoldaşlarının yolda qaldıqlarını və benzin və siqaretlərə ehtiyac olduğunu bildirərək ondan 10 lt benzin, 6 qutu siqaret və nağd pullarının olmadığından ondan 50 manat pul alaraq onun verdiyi kart hesabına köçürəcəklərini bildirmişdirlər. Onların ümumi ödənişləri 98 manat olmuşdur. Ondan kart hesabını aldıqdan sonra öz bank mobil tətbiqlərindən satıcının yanında onun bank kart hesabını yazmış və köçürməni etmişlər, lakin Əsədzadə Əsəd bank mobil tətbiqində limit qoyduğundan limiti keçəcəyini, pulun ona köçürülməyəcəyini bilmişlər. Bu yolla ona qarşı bilərəkdən dələduzluq etmişlər. Onlar uzaqlaşan zaman həmin vətəndaşa pul köçürülmədiyindən arxalarınca onları çağırdığını və səslədiyini eşitsələrdə ona məhəl qoymayıb oradan uzaqlaşmışlar. Daha sonra şəhərdə olan zaman polis əməkdaşları zəng vurub onları polis bölməsinə dəvət etmişlər. Narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Polis Bölməsində olan zaman onun sərxoşluğunu və ya narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasına telefon vasitəsilə qoşulmuş X5 ona dəymş ziyanın tam olaraq ödənildiyini, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs vətəndaş X2 şikayət ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə 42-ci Polis Bölməsinə dəvət edilmiş, xırda talama hadisəsi törətməsi və narkoloji müayinə nəticəsində narkotikdən istifadə etməsi müəyyən edilmişdir. İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq 07 noyabr 2025-ci il tarixli MN ******* və MN ******* saylı protokolarl tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Əmənov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur və onun İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti 42-ci PB-nin aidiyyatı əməkdaşına həvalə edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 07 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Qəzənfər Şahin oğlu vətəndaş X2 şikayət ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə 42-ci Polis Bölməsinə dəvət edilmiş, narkoloji müayinə nəticəsində narkotikdən istifadə etməsi müəyyən edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 07 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs vətəndaş X2 şikayət ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə 42-ci Polis Bölməsinə dəvət edilmiş və xırda talama etməsi müəyyən edilmişdir; Zərərçəkmiş şəxs X2 izahatından görünür ki, Sabunçu rayonu, Nardaran-Maştağa massivində yol kənarında yerləşən köşkü atası ilə birlikdə uzun müddətdir ki, işlədirlər. Orada onlar müxtəlif məsullarla bərabər 92 marka litr şəklində benzin də satırlar. xx.xx.2025-ci il tarixdə saat təxminən 15:00 radələrində mavi rəngli “HYUNDAİ” markalı dövlət qeydiyyat nişanını bilmədiyi nəqliyyat vasitəsi köşkün qarşısında saxlamış və nəqliyyat vasitəsində olan iki şəxsdən biri düşüb polis əməkdaşları olduqlarını və polis yoldaşlarının nəqliyyat vasitəsində nasazlıq yarandığını və bu səbəbdən onlara yanacaq lazım olduğunu bildirmişdirlər. Onların istədiyi kimi 10 lt yanacağı onlara hazırladıqdan sonra onlar ona 6 qutu siqaret istəmişdirlər. Özərlərində nağd şəkildə pul olmadığından ola bilsin ki nasaz olan nəqliyyat vasitəsinin təmirinə görə ust yaxınlaşsın, bu səbəbdən onlara əlavə olaraq 50 manat nağd şəkildə verməyini onların isə ona ümumi ödənişi kart hesabından onun bank karı hesabına köçürəcəyini bildirmişdir. Ümumi olaraq onların edəcəyi ödəniş 98 manat olmuşdur. O bank kartı hesabını bildirdikdən sonra öz mobil telefon tətbiqindən yazaraq köçürmə etdiyini bildirib dərhal nəqliyyat vasitəsinə əyləşmişdir. O pulun ona gəlmədiyini gördükdə onlara arxadan səslənsə də onlar məhəl qoymayıb oradan uzaqlaşmışdırlar; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 07 noyabr 2025-ci il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş şəxs X5 oğlu ilə barışmış, ona dəymiş maddi zərəri ödəmiş, sonuncunun ona qarşı şikayəti, tələbi yoxdur və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; 07 noyabr 2025-ci il tarixli, 6988 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Şəxs kannabinoidlərdən istifadə etmə hlları olub, lakin hal–hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür; İnzibati qaydada tutma haqqında 06 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə “marixuana (kannabis)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6143/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6143/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver