Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6160/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ünvanında xx.xx.2025-ci il tarixində, saat 11:50-də "xxxx" MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X1” müfəttişi X3 tərəfindən xx.xx.2025 -ci il tarixdə, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrnin iştiraklarını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. "xxxx" MMC tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edilərək 3(008)- 6160/2025 nömrəli inzibati xətaya dair iş ilə əlaqədar xx.xx.2025-ci il tarixə, saat 14:15-da keçiriləcək məhkəmə prosesində iştiraklarının mümkün olmayacağı səbəbindən, hazırki müraciət ərizəsində qeyd edilənləri məhkəmə iclasında təqdim edəcəkləri ifadə kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etmişlər. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında tərtib edilən protokola etiraları yoxdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-ci maddəsinin tələbi üzrə minimal həddə - 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1304/2025 saylı qərardan görünür ki, AR SN “X2” Publik Hüquqi şəxsi tərəfindən "xxxx" MMC-nin Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. Pərakəndə satış üzrə əczaçılıq müəssisələrinin xx.xx.2025-ci il tarixli plan üzrə yoxlama aktından görünür ki, AR SN “X2” Publik Hüquqi şəxsi tərəfindən "xxxx" MMC-nin Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən ünvanında yoxalama aparılan zaman aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olunması ilə bağlı tələbə riayət olunmamışdır. Belə ki, aptekin otaqlarının divarları və döşəməsi hamar olmaqla, özündə toz sayılmayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı olmayan örtüyə malik olduğu, dərman vasitələrinin saxlanma şəraitinin pozulması faktları aşkar edilmişdir. Eyni zamanda aptek qapalı dolablara malik mebellə təchiz olunmalıdır. Bununla da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 1 nömrəli qərarına 3 nömrəli əlavədə müəyyən olunmuş aptek təşkilatlarına dair tələblər pozulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə-vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6160/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6160/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver