Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6169/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-1908/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra etməkdən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı, 19 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-1908/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindəki yığılmış borclarını tələbkar X5 ödənilməsindən yayınır. Bundan başqa o, icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış işi açılmış və o, polis əməkdaşları tərəfindən Sabunçu rayon İcra şöbəsinə təqdim edilmişdir. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, qazancı az olduğundan icra sənədləri üzrə tam şəkildə ödəniş bilməmişdir. Maddi çətinliyinə görə gələn aydan ödəyəcəyini bildirdi. Borcun ödənilməsindən yayınmır. Ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 icra vərəqəsi üzrə borclu Şəxs tərəfindən may ayından tam ödəniş olunmadığını, borclu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Şəxs 3883 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq X4 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019- 004 saylı, 15 yanvar 2019-cu il tarixli icra icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra edilməsi üçün göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 26 yanvar 2015ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi üçün Şəxs tələbin icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi üçün Şəxs tələbin icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şəxs Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2020ci il tarixli izahatın surətindən görünür ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixli icra sənədindən xəbərdardır. Göstərilənlərə əsasən icra sənədi üzrə tərəfindən hər hansı bir məbləğdə pul ödənilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi üçün Şəxs tələbin icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şəxs Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023cü il tarixli izahatın surətindən görünür ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixli icra sənədindən xəbərdardır. Göstərilənlərə əsasən icra sənədi üzrə tərəfindən hər hansı bir məbləğdə pul ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyats ızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, hazırki vəziyyətdə Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunur. Belə ki, icra məmuru Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019- 004 saylı, 15 yanvar 2019-cu il tarixli tarixli icra sənədi üzrə olan 3883 abş dolları məbləğində borcun ödənilməsi ilə bağlı bildirişi hələ xx.xx.2019-cu il tarixdə borcluya ünvanlayaraq könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin etmiş, qeyd olunan bildiriş Şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Eləcə də, Şəxs müxtəlif vaxtlarda Sabunçu rayon İcra şöbəsinə ünvanladığı izahatın surətindən görünür ki, o, X5 3883 abş dolları manat borcunu olmasını və bununla əlaqədar tələbkarla razılığa gələcəyini, əks təqdirdə məsuliyyət daşıyacağı barədə icra məmuru tərəfindən xəbərdar edilməsini bildirmişdir. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu xx.xx.2023-cü il tarixədək icra sənədi üzrə hər hansı bir ödəniş etməmiş və bu da icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra olunmamasına dəlalət edir. Belə olan halda onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(003)-1908/2019-004 saylı, 15 yanvar 2019-cu il tarixli tarixli icra sənədi üzrə göstərilən tələbin icra olunmamasında qərəzliliyini ortadan qaldıra bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6169/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6169/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver