Məhkəmə qərarları › İş №3(008)-6169/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6169/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6169/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1 nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ofisiant işləyən, ünvan 1 ünvanında yaşayan, ünvan 2 olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-24/24 saylı qərara əsasən Şəxs hər ay 470 manat aliment pulunun X4 ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-44/25 saylı qərarına əsasən 10350 manat pul Şəxs X4 ödənilməlidir. Bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, birinci icra sənədi üzrə borclunun borcunu dəqiq hesablaya bilmədiyi üçün onu inzibati xəta haqqında protokola daxil etməmişdir. Lakin Şuşa rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş icra sənədi üzrə aliment borcu 4390 manat təşkil edir. Sumqayıt Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş icra sənədi üzrə 10350 manat borcdan isə heç bir ödəniş borclu tərəfindən həyata keçirilməmişdir. Tələbkar pulunun tam şəkildə ödənilməsini tələb edir. Tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun birinci icra sənədi üzrə borcu olmamışdır. Belə ki, borc onun əmək haqqından tutulmuşdur. Həmin vaxt Daxili Qoşunlarda xidmət etmişdir. Daha sonra isə oradan işdən çıxmışdır. Bir-iki ay işsiz qalmışdır. Yeni işə düzəldikdə yenə borc onun əmək haqqından tutulmağa başlamışdır. Ona görə birinci icra sənədi üzrə onun borcu olmamışdır. İkinci 2024-cü il tarixli Şuşa Rayon Məhkəməsinin icra sənədi üzrə isə onun borcu 4390 manat təşkil etmişdir. Buna səbəb isə 470 manat pulu birdəfəlik ödəməyə maddi imkanın olmaması ilə bağlıdır. O, ofisiant işləyir. Ona görə də ayda hissəhissə ödəniş edə bilmişdir. Həmçinin uşaqların həkim, müalicə xərclərini də həmişə o, çəkmişdir. Hesab edir ki, bunlar da nəzərə alınmalıdır. Digər icra sənədi üzrə ödəniş edə bilməməsinin səbəbi maddi vəziyyətinin olmaması ilə bağlıdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 nümayəndəsi X7 bildirmişdir ki, borclunun alimentlə bağlı icra sənədi üzrə borcu 5888 manat təşkil edir. Alimentlə bağlı birinci icra sənədi ilə birlikdə borcu 10000 manata yaxındır. Digər icra sənədi isə satdığı maşının dəyərinin ödənilməsi ilə bağlı olmuşdur. Borcluya kimsə izah edib ki, pulu hissə-hissə ödəməklə məsələni həll edə bilər. Lakin son qəpiyinə qədər o, pulu ondan alacaqdır. Əvvəllər işləməsinə baxmayaraq alimenti ödəməkdən yayınırdı. Belə ki, inzibati məhkəməyə müraciət olunub, onun iş yeri üzrə əmək haqqı müəyyənləşdirildikdən sonra aliment ödənişi onun əmək haqqına yönəldilmişdir. Borclu həmin vaxtdan aliment ödəmək niyyətində olmamışdır. İndi isə 50, 100 manat ödəməklə yayınmağa çalışır. 10350 manat pulun ödənilməsinə dair icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Kifayət qədər yaxşı qazanca malikdir. Lakin heç bir ödəniş etmir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınıb borclu barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, ilkin iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Şuşa Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh Şəxs “Hyundai Sonata” minik markalı avtomobilin dəyəri olan 20700 manat məbləğində pulun yarısı, yəni 10350 manat alınaraq ilkin iddiaçı X4 verilməsi, cavabdeh Şəxs iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 200 (iki yüz) manat "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025 cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 saylı xx.xx.2024cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-64/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, cavabdeh Şəxs xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025 cü il tarixli qərarın surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, iilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar