Məhkəmə qərarları › İş №3(008)-617/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-617/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-617/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanova, X2 tərəfindən AR DİN Bakı şəhər X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Bakı şəhər X5 İdarəsinin barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına X2 barəsində yeni tərtib olunmuş 22 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının əlavə edilməsinə baxmayaraq X2 şikayət ərizəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7505/2024 saylı qərardadı ilə ləğv edilmiş 18 yanvar 2024-cü il tarixli, EQ 24666663 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Bu isə şikayət ərizəsinin düzgün tərtib olunmamasına dəlalət edir. Bununla yanaşı, iş materiallarına şikayətin yaşayış yeri üzrə baxılması barədə vəsatət əlavə olunsa da, vəsatət X2 imzalanmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər düzgün tərtib olunmadığından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək ərizəyə müvafiq sənədləri əlavə etməklə məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. X1 düzgün tərtib edilmiş və zəruri sənədlər əlavə edilmiş şikayət ərizəsi ilə məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar