Məhkəmə qərarları › İş №3(008)-6170/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6170/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6170/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan-Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə daxil olmuş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru S.Mirzəyev tərəfindən tərtib edilmiş raporta görə vətəndaş X5 xx.xx.2025-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Cahangir adlı şəxsin qızı Zeynəb Əliyevanın qarşısını küçədə kəsərək narahat etdiyini bildirmişdir. Həmin şikayət əsasında Cahangir adlı şəxslə əlaqə saxlanılaraq Şöbəyə dəvət edildikdə gəlməkdən imtina etmiş, daha sonra onun olduğu yeri müəyyən edib şöbəyə gətirildikdə uca səslə nalayiq ifadələr işlədib səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq etmişdir. Şöbədə müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən MN № ******* saylı, 13 noyabr 2025-ci il tarixli və MN № ******* saylı, 13 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərmişdir ki, vətəndaş X5 xx.xx.2025-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Cahangir adlı şəxsin qızı Zeynəb Əliyevanın qarşısını küçədə kəsərək narahat etdiyini bildirmişdir. Həmin şikayət əsasında Cahangir adlı şəxslə əlaqə saxlanılaraq Şöbəyə dəvət edildikdə gəlməkdən imtina etmiş, daha sonra onun olduğu yeri müəyyən edib şöbəyə gətirildikdə uca səslə nalayiq ifadələr işlədib səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq etmişdir. Şöbədə müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Buna görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində edilmiş şikayət tam əsassızdır, ona şər atırlar. Zeynəblə bir neçə ay əvvəl tanış olmuşdur. Daha sonra onunla görüşüb ölkədən çıxıb gedəcəyindən dostluqlarının sona verilməsini bildirmişdir. Daha sonra Zeynəbin anasının ondan 14-cü Polis Şöbəsinə şikayət edildiyini bilmişdir. Şöbədən polis əməkdaşı ona zəng etdikdən çağrılma səbəbini bildirmədən ona Şöbəyə gəlməsini bildirmişdir. Qorxduğu üçün polisin çağırışına getməmişdir. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Baş verənlərdən peşmandır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, 15 yaşı var. Şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur. Davudla 5 ay əvvəl tanış olmuşdur. Əvvələr onunla münasibətləri yaxşı olasa da, son vaxtlar ona zəng edərək və yolda qarşısını kəsərək təhqir edərək narahat edir. Polis şöbəsinə anası şikayət etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlər: 12 noyabr 2025-ci il tarixli, AZA №018087 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 noyabr 2025-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. MN № ******* saylı, 13 noyabr 2025-ci il tarixli və MN № 238252 saylı, 13 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* və MN ******* saylı Qərardad. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektorunun raportu. X1 xx.xx.2025-ci il tarixli şikayət ərizəsi. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə şahidlər gətirilməmiş, işin faktiki halları tam olaraq araşdırılmamış, heç bir kamera görüntüsü, audio yazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında sübutların təqdim edilməsi ilə bağlı təklif edilsə də, sübutlar məhkəmə iclasına təqdim edilməmiş, qanuni tələblərinə tabe olmayan polis əməkdaşları şahid qismində dəvət edilməmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs həmin hissədə özünü təqsirli bilməmişdir. İş materialları ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları sübuta yetmir. Lakin onun barəsində tərtib edilmiş İXM-nin 510-cu maddəsi ilə əməlini məhkəmə iclasında etiraf etməsini və ictimai yerdə nalayiq ifadələr işlətməsi sübuta yetirilir. İş üzrə Şəxs baş vermiş hadisədən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 12 noyabr 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar