Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6173/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4cü maddəsi ilə 12 oktyabr 2023-cü il tarixli 10000-00097/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs “istismar olunmuş presləmə üçün maşınlar, dizel generatorlar və elektrik mühərrikli əl alətləri” yüklərini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində **********3666 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 1 il müddətinə xx.xx.2021-ci il tarixədək “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirmiş və həmin yükləri Gürcüstanın Samgori şəhərində qeydiyyatda olan Şəxs MMC-nin Gürcüstan filialına göndərmişdir. Müvəqqəti ixrac müddəti başa çatmadan öncə, şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müraciət əsasında sözügedən yükün müvəqqəti ixrac müddəti 1 il müddətinə uzadılmışdır. Lakin malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq hüquqi şəxs - Şəxs tərəfindən müvəqqəti ixrac müddəti başa çatanadək həmin malların təkrar idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmiş, yalnız gecikmə faktı yarandıqdan 4 ay 26 gün sonra - xx.xx.2023-cü il tarixdə həmin malların “DAF” markalı 90EF035/99ZC850 dövlət nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılması təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs nümayəndəsi X2 izahatında Şəxs MMC ilə həmin şirkətin Gürcüstanda qeydiyyatda olan filialı arasında bağlanmış müqavilə əsasında meliorasiya təminatı məqsədilə xx.xx.2020-ci il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin Gürcüstana müvəqqəti ixrac olunduğunu, həmin yüklərin müvəqqəti ixracı üçün 1 il müddətin müəyyən olunduğunu, daha sonradan həmin müddətin əlavə olaraq 1 il daha uzadıldığını, yüklərin müvəqqəti ixrac müddətinin 2022-ci ilin oktyabr ayında başa çatdığını, lakin yükləri Gürcüstanda müvəqqəti idxal edən şirkət müflis olduğu üçün həmin yüklərin müvəqqəti ixrac müddətini daha sonradan uzatmaq mümkün olmadığından qaytarılması barədə qərar verildiyini, qəbul olunmuş qərar əsasında sözügedən yüklərin 2023-cü ilin mart ayında “DAF” markalı 90EF035/99ZC850 dövlət nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına qaytarıldığını, həmin vaxt sözügedən yük avtomobilində **********3666 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərlə yanaşı, digər gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş malların da olduğunu, gömrük rəsmiləşdirilməsi prosesi başa çatdıqdan sonra isə həmin yüklərin Bakı şəhərinin Hökməli qəsəbəsi ərazisində yerləşən “Atyalı” adlı anbara aparıb boşaldıldığını bildirmiş, həmin yüklərdən yalnız 1 ədəd HİS1301 nömrəli istismar olunmuş “dizel generator” yükünün Kəlbəcər rayonunda tikinti-quraşdırma işlərində istifadəyə cəlb edildiyini, qalan yüklərin isə sözügedən ərazidə saxlanıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********796900 nömrəli məktubundan görünür ki, hüquqi şəxs - Şəxs xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında vergi ödəyicisi kimi hüquqi şəxs qismində qeydiyyata alınmışdır, fəaliyyəti aktivdir, rəhbəri və qanuni təmsilçisi X3r, vergi borcu, həmçinin barəsində araşdırması aparılan cinayət işi və ya cinayət xarakterli material yoxdur. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2020ci il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “istismar olunmuş presləmə üçün maşınlar və elektrik mühərrikli əl alətləri” yükləri Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən “Atyalı” adlanan ərazidə olan WARU ******* nömrəli konteynerdə saxlanılır. Lakin “dizel generator” yükü həmin ərazidə mövcud deyildir. xx.xx.2020-ci il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, sözügedən gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “istismar olunmuş presləmə üçün maşınlar, dizel generatorlar və elektrik mühərrikli əl alətləri” yüklərinin ümumi gömrük dəyəri 12665 manat təşkil edir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə Şəxs “istismar olunmuş presləmə üçün maşınlar, dizel generatorlar və elektrik mühərrikli əl alətləri” yüklərini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində **********3666 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 1 il müddətinə - xx.xx.2021-ci il tarixədək “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirmiş və həmin yükləri Gürcüstanın Samgori şəhərində qeydiyyatda olan Şəxs MMC-nin Gürcüstan filialına göndərmişdir. Müvəqqəti ixrac müddəti başa çatmadan öncə, şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müraciət əsasında sözügedən yükün müvəqqəti ixrac müddəti 1 il müddətinə uzadılmışdır. Lakin malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq hüquqi şəxs - Şəxs tərəfindən müvəqqəti ixrac müddəti başa çatanadək həmin malların təkrar idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmiş, yalnız gecikmə faktı yarandıqdan 4 ay 26 gün sonra - xx.xx.2023-cü il tarixdə həmin malların “DAF” markalı 90EF035/99ZC850 dövlət nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılması təmin edilmişdir. Şəxs barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 12 oktyabr 2023-cü il tarixli 10000-00097/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; Şəxs “istismar olunmuş presləmə üçün maşınlar, dizel generatorlar və elektrik mühərrikli əl alətləri” yüklərini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində **********3666 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 1 il müddətinə - xx.xx.2021-ci il tarixədək “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirmiş və həmin yükləri Gürcüstanın Samgori şəhərində qeydiyyatda olan Şəxs MMC-nin Gürcüstan filialına göndərmişdir. Müvəqqəti ixrac müddəti başa çatmadan öncə, şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müraciət əsasında sözügedən yükün müvəqqəti ixrac müddəti 1 il müddətinə uzadılmışdır. Lakin malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq hüquqi şəxs - Şəxs tərəfindən müvəqqəti ixrac müddəti başa çatanadək həmin malların təkrar idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmiş, yalnız gecikmə faktı yarandıqdan 4 ay 26 gün sonra - xx.xx.2023-cü il tarixdə həmin malların “DAF” markalı 90EF035/99ZC850 dövlət nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılması təmin edilmişdir. Beləliklə, məhkəmə, Şəxs tərəfindən həmin malların müvəqqəti ixrac müddəti başa çatanadək həmin malların təkrar idxal edilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6173/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6173/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver