Məhkəmə qərarları › İş №3(008)-6174/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6174/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6174/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi ilə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 27 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Şəxs ona məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evində formalaşan çirkab suları təyinatsız olaraq ətraf ərazilərə axıtmaqla AR İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən protokolda bu faktın xx.xx.2024-cü il tarixli 85931 nömrəli akt və fotoşəkillər ilə təsdiq edildiyi qeyd edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə və elektron poçt ünvanına Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında sakinlər tərəfindən kanalizasiya sularının boş əraziyə və ərazidəki gölə axıdılması nəticəsində yaranmış antisanitar vəziyyətə dair şikayət daxil olmuşdur. Tərəflərindən Sabunçu RPİ-nin, icra nümayəndəliyinin iştirakları ilə qeyd olunan ərazidə yerində araşdırma aparılmışdır. Bu zaman Şəxs yaşadığı fərdi yaşayış evindən yeraltı turba çəkərək gölə həmin evdə formalaşan çirkab suları axıtdığı müəyyən olunmuşdur. Bunu təsdiq edən araşdırmanın nəticələrini əks etdirən akt və fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 27 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs ona məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evində formalaşan çirkab suların təyinatsız küçəyə axıtdığı müəyyən edilərək barəsində AR İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunan 85931 nömrəli, xx.xx.2024-cü il tarixli aktda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə və elektron poçt ünvanına Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yaşayan vətəndaş Qarayev Məhəmməd tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli İD-24436 nömrəli “sakinlər kanalizasiya sularını boş əraziyə və ərazidəki gölə axıdılması, ufunət iyqoxusu, antisanitar vəziyyətdən şikayət edir” məzmunlu müraciətdə qeyd olunanlar Sabunçu RPİ-nin, icra nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə tərəflərindən yerində araşdırma aparılmışdır. Araşdırma ilə bağlı şikayətçi ilə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin vətəndaş ünvanı izah etsə də araşdırmada iştirak etməkdən imtina etmişdir. Əraziyə keçirilən baxış zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində mərkəzləşmiş kanalizasiya sistemi olmadığından fərdi yaşayış evlərində formalaşan çirkab suların həyətlərdə qazılan şambolara toplandığı və vaxtaşırı xüsusi təyinatlı çirkab su maşınları ilə daşındığı müşahidə edilmiş, lakin bəzi ərazilərdə formalaşan çirkab suların təyinatsız olaraq ətraf ərazilərə və yaxınlıqdakı gölə axıdıldığı müəyyən edilmişdir. Araşdırma müddəti ərzində çirkab suların ətraf ərazilərə və gölə axıdıldığı, evlərin sahiblərinin Şəxs, X4, X2 olduğu müəyyən edilmişdir. Ərazidən çəkilmiş fotoşəkillər və toplanmış digər materiallar akta əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar