Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6174/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Şəxs direktoru Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 03 noyabr 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 23.000 (iyirimi üç min) ABŞ dolları məbləğində vəsaiti 13 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23.000 (iyirimi üç min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs direktoru Nümayəndə1 bildirmişdir ki, 17.496 ABŞ dolları məbləğində malın ölkəyə daxil olmasını təsdiq edən gömrük bəyannaməsini təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. Həmin gömrük bəyannaməsinin başqa bir köçürməyə aid olmasının bu işin bağlanmasına heç bir təsiri yoxdur. Öz puludur, onu istədiyi mala görə ödəyib bağlaya bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Qanuni nümayəndə telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, Mərkəzi Bankın DGK-nə çıxışı olduğundan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilən gömrük bəyannaməsinin bu iş üzrə müqaviləyə aid olub-olmadığını yoxlaya bilirlər. Təqdim edilən bəyannamə hazırda məhkəmənin icraatında olan pul vəsaitinin köçürməsinə deyil, başqa köçürməyə aiddir. Hazırki köçürmə üzrə mal ölkəyə daxil olmadığından sistemdə açıq görsənir. Məhkəmədən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.000 (iyirimi üç min) ABŞ dolları məbləğində vəsaiti 13 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23.000 (iyirimi üç min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. 13 oktyabr 2023-cü il tarixli ödənişə dair sənədin surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 23.000 (iyirimi üç min) ABŞ dolları məbləğində vəsait 13 oktyabr 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2025-ci il il tarixli dəyəri qabaqcadan ödənilmiş idxal edilməmiş mallar haqqında bildirişdən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən "xxxx" ASC vasitəsilə xaricə qabaqcadan ödəniş aparılmış, lakin köçürülən vəsaitdə malların müəyyən olunmuş müddətdə ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmiş və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1034, ünvan 1ir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən 17496,00 ABŞ dolları dəyərində malın ölkəyə daxil olmasına dair xx.xx.2023-cü il tarixli bəyannamə xx.xx.2023-cü il tarixdə aparılan pul köçürməsinə deyil, başqa tarixdə aparılan köçürməyə aiddir. Eyni zamanda Mərkəzi Bank tərəfindən məhkəməyə təqdim edilən pul köçürmələri barədə sistem məlumatından görünür ki, həmin GB üzrə qalıq məbləğ “0” qeyd edilmişdir. Halbuki hazırki iş üzrə xaricə köçürlən pul vəsaiti 23.000 ABŞ dolları təşkil edir, əgər 17496 ABŞ dolları dəyərində mal gəlibsə o zaman qalıq məbləğ olmalı idi. Bütün bunlar həmin bəyannamənin hazırki iş üzrə xaricə köçürülmüş pul vəsaitinə aid olmadığını göstərir. Ona görə də həmin bəyannamə hazırki işə aid olan köçürmə üzrə malın ölkəyə daxil olmasını təsdiq edən sübüt kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs 23.000 ABŞ dolları məbləğində vəsaiti 13 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23.000 (iyirimi üç min) ABŞ dolları vəsait məbləğinin iyirmi faizi miqdarında, yəni 4600 (dörd min altı yüz) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6174/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6174/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver