Məhkəmə qərarları › İş №3(008)-6176/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6176/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6176/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yardımlı rayonu, Şəfəqli ərazi dairəsi, Yeni Abdinli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayon, Kürdəxanı qəsəbəsi, Ləhiş Bağları 20-ci dalan ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zeynallı X1-Sabunçu yolunda hərəkətdə olarkən, manevr qaydasını pozub, yolun sol tərəfindən anidən yola çıxan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Opel Astra” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Sabunçu-Balaxanı yolu ilə üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan zaman başı nəyəsə qarışdığından “Saff” markefin qarşısında yolayrıcında sol tərəfdən anidən yola çıxan piyada qızı görməmiş və idarə etdiyi avtomobilin sol hissəsi ilə həmin piyadanı vurmuşdur. Bundan sonra avtomobildən enərək həmin piyadaya yaxınlaşmış, onu Sabunçu xəstəxanasına aprmışdır. Oradan isə Rezenansa aparmışdır. Həmin xəstəxanalarda xanımı müayinə edərkən heç bir problemi olmadıqlarını bildirmişlər. Xəstəxanada müayinə olunarkən bütün xərcləri o, çəkmişdir. Zərərçəkmiş şəxs dekan müavinin ondan pul istəməsini əsas gətirib 3000 manat pul tələb edir. O, isə dərsə getmədiyi üçün həkimdən arayış verildiyi halda ondan pul tələb edilə bilməyəcəyini və qanuni qaydada rəsmi olaraq təhsil müəssisəsi tərəfindən bu qədər vəsaitin tələb edilməsini təsdiq edən sənəd təqdim edildiyi halda ödəniş edəcəyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il ci il tarixdə saat 14 radələrində yaşadığı ünvanın qarşısında yəni Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Sabunçu-Balaxanı yolu ilə üzü Sabunçu qəsəbəsi istiqamətində olan “Saff marketin qarşısında yolayrıcında piyada zolağında yolu qarşı tərəfə keçən zaman “Opel Astra” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobil onu vurmuşdur. Ətrafda olan qonşular bunu görüb valideyninə məlumat vermişdir. Valideyni gəldikdən sonra həmin avtomobilin sürücüsü ilə birlikdə xəstəxanaya getmişlər. Şəxs ona heç bir dəstək göstərməmiş, o, iki aya yaxın müddətdə dərsə gedə bilməmişdir. Onun belində bu günə qədər ağrılar vardır. Fizioterapiya aldıqdan sonra bir qədər yüngülləşmişdir. Amma hələ də ağrıları davam edir. Onun bu hadisədən sonra bütün sinir sistemi pozulmuş, gecələr yata bilmir. Şəxs ona maddi baxımdan dəstək olmamışdır. Onunla barışmır, ona qarşı şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Bəkir Eyvazlının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Opel Astra” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 330.0 maddələri ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 2298 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bel-oma nahiyəsinin, sağ budun və sağ baldırın dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2020-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2030-cu il tarixədək qüvvədə olan BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar