Məhkəmə qərarları › İş №3(008)-6187/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6187/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6187/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli, 00100- 00551/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-024437/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən, Şəxs MMC-nin ünvanına idxal olunan “mixək” yükünə dair tərtib edilmiş **********9222 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük orqanına təqdim edilən mal-müşayiət sənədlərindəki məlumatların dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Monitorinq Şöbəsi tərəfindən müvafiq araşdırma aparılan zaman X1 Şəxs MMC-nin ünvanına daxil olmuş yuxarıda qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan edilmiş “mixək” yükünə dair təqdim olunan sənədlərin yoxlanılması zamanı invoys sənədlərinin üzərində QR kodun olmaması, lakin təqdim olunan mənşə sertifikatlarının üzərində QR kodun olması invoysun dəyişdirilməsinə əsas verən şübhələr yaratmışdır. Mənşə sertifikatlarının üzərində olan QR kodların yoxlanılması zamanı Şəxs MMC-yə məxsus müvafiq təsdiqedici sənədlərin surətləri əldə olunmuş və **********9222 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında göstərilmiş ES0215 nömrəli xx.xx.2023-cü il tarixli invoysda malların ümumi dəyərinin 90000 ABŞ dolları göstərildiyi halda, əldə olunmuş sənədlərin surətlərində isə ES0215 nömrəli xx.xx.2023-cü il tarixli invoysun umumi dəyərinin 96500 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Bəyan olunan malların invoys dəyəri ilə elektron formada əldə olunmuş invoys dəyərləri arasında yaranan fərq nəticəsində Şəxs MMC tərəfindən 3944.85 azn gömrük ödənişləri və xx.xx.2023-cü il tarixədək hesablanmış 94.68 AZN dəbbə pulu olmaqla, ümumilikdə 4039.53 azn məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində ödənilməsi üçün 3-33-1100/2-U-000093/1-10/2023 qeydiyyat nömrəli xx.xx.2023cü il tarixli məktub ilə bildiriş təqdim olunmasına baxmayaraq həmin vəsaitin ödənilməsi Şəxs MMC tərəfindən təmin olunmamışdır. Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsininin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqatçısı X5 tərəfindən 02 oktyabr 2023-cü il tarixli, 00100- 00551/23 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, protokol tərtib edilərkən onların iştirakı təmin edilməmiş, onlara bu barədə heç bir məlumat verilməmişdir. “Mixək” məhsulunun alınması üçün 90000 ABŞ dolları pul məbləği iki dəfəyə mal aldıqları şirkətin hesabına köçürülmüş və məhsul onlara vaxtında göndərilmişdir. Protokolda qeyd edilən 6500 ABŞ dolları pul məbləği əlavə yol xərclərinə aiddir. Hesab edir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolun heç bir əsası yoxdur, protokol ləğv edilməlidir. Məhkəmədən təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilərək işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 11050 (on bir min əlli) manat pul məbləğinin 30% (otuz faiz) məbləğində, 3315 (üç min üç yüz on beş) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar