Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-621/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, Şəxs barəsində olan materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu-ci maddələri ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə rəisi Rizvan Muxtarov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və natamam olduğundan ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə rəisi Rizvan Muxtarov tərəfindən təqdim edilmiş protokol Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1 protokolun tərtib edildiyi tarix və yer; 100.1.2 protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4 inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5 inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu məcəllənin müvafiq maddəsi; 100.1.6 olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9 inzibati xətanın törədilməsi nəticəsində nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurmuşdursa və ya maddi zərər yütişdirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10 inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, Şəxs barəsində tərtib edilmiş protokolda xx.xx.2023-cü il tarixdə küçədə xırda xuliqanlıq hərəkətlərinin nədən ibarət olması qeyd olunmamış, yalnız, xx.xx.2023-cü il tarixdə küçədə xırda xuliqanlıq hərəkəti törətdiyi qeyd olunmuşdur. Habelə araşdırmanın nəticəsi barədə rədd qərarı iş materiallarına əlavə edilməmiş, bununla yanaşı zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına zərər vurulmuşdursa həmin zərərin mahiyyəti göstərilməmişdir. Qeyd edilən çatışmamazlıqlarla əlaqədar Şəxs barəsində tərtib olunmuş protokollar üzrə işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-118-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı protokollar və digər sənədlər icraata qəbul edilmədən Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-621/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-621/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver