Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6210/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 25 avqust 1987-ci il tarixdə Neftçala rayonu, Dördlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Neftçala rayonu, Xol Qarabucaq ərazi dairəsi, Dördlər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 02 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola əsasən Cəfərov X4 Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)- 05/2020 saylı icra sənədini üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu tələbkarın istəyi ilə tərtib etdiyini, icra sənədinin onun icraatına qısa müddətdir ki, daxil olduğunu bildirmişdir. O, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru nikahın pozulmasına dair məhkəmə qətnaməsi ilə cavadehlə iddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının ataları Şəxs himayəsinə verilməsi qət edilmişdir. Hazırda uşaqlar atalarının yanındadırlar. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 saylı icra sənədi üzrə Şəxs əlilliyə görə aldığı pensiyadan 50% məbləğ tutulur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. İcra sənədinin icrası üçün lazımi şərait yaratmış, icra məmurları bəzi əmlakları götürsələr də, tələbkar qəsdən digər əmlakları qəbul etməkdən imtina etmişdir. Onun məqsədi mənə problem yaratmaqdır. Hazırda yenidən ailə həyatı qurmuşdur. Himayəsində yeni nikahdan bir, əvvəlki nikahdan iki azyaşlı uşağı var. Özü əlildir. Hazırda onun pensiyasından da icra sənədinin icrası üçün tutulmalar həyata keçirilir. Hesab edir ki, onun əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə ümumi qiyməti 3960 manat olan, İtaliyada istehsal, 750 əyyarlı, ümumi çəkisi 44 qram olan, “kəpənək” modelli briliyant qaşlı komplekt (sırğa, üzük, kolye, bilərzik), ümumi dəyəri 750 (720,0+300) manat olan, İtaliya istehsalı, 750 əyyarlı, ümumi çəkisi 8 qram olan, təRİDİr karatlı briliyant qaşlı briliyant nişan üzüyü (1 karat x300.0), ümumi qiymətL.810 manat olan, İtaliya istehsalı, çəkisi 9 qram olan, 750 əyyarlı, brilyant qaşlı, bir ədəd qızıl üzük, ümumi qiyməti 481 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi çəkisi 7,4 qram olan bir ədəd qızıl üzuK ümumi qiyməti .1350. manat olan, İtaliya istehsalı, 750 əyyarlı, ümumi çəkisi çəkisi 15 qram olan qaşlı qızıl üzük - sırğa dəsti, ümumi qiyməti .325 man 25 qəp. olan, Rusiya istesalı, 583 əyyarlı, ümumi çəkisi 5,05 qram olan, bir ədəd qızıl paxlava üzük, ümumi qiyməti 494 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi çəkisi 7,6 qram olan bir ədəd qızıl üzük, ümumi qiyməti 414 manat olan, İtaliya istesalı, 750 əyyarlı, ümumi çəkisi 4,60 qram olan bir cüt qızıl uşaq üçün nəzərdə tutulmuş sırğa, ümumi qivməti_65D manat olan, 583 əyyarlı, ümumi çəkisi 10 qram olan, üzərinə “Sevda” yazılan bir ədəd qızıl bilərzik naturada, mümkün olmadıqda isə mövcud olmayarı həmin qızıl-zinət əşyalarının hər birinin ayrı-ayrılıqda dəyəri pul şəkilində, dəyəri 550 manat olan bir ədəd xalça, dəyəri 30 manat olan bir ədəd gəlinlik güzgüsü, dəyəri 30 manat olan iki ədəd şamdan, dəyəri 120 manat olan dörd ədəd (əşyaları ilə) çamadan, dəyəri 150 manat olan kosmetika səbətindən- kosmetkaları ilə, dəyəri 30 manat olan saç feni, häva feni, dəyəri 30 manat olan ütü feni, dəyəri 20 manat olan saç buran fen, dəyəri 40 manat olan epilyator, dəyəri 1500. manat olan kondisioner- pultla Samsung, dəyəri 2000 manat olan qoz ağacından böyük masa və 6 (altı) ədəd stul, dəyəri 100 manat olan divar saatı, dəyəri 100 manat olan krosna antena və tunerid, dəyəri 4000 manat olan televizor- plazrna böyük ekran Kofman, dəyəri 150 manat olan ariston-su qızdırıcı, dəyəri 1000 manat olan hamam dəsti və aksesuarlar, dəyəri 2000 manat olan mətbəx mebeli, dəyəri 250 manat olan yataq otağı üçün lüstür, dəyəri 550 manat olan telefon- sensorlu, dəyəri 400 manat olan planşet, dəyəri 250 manat olan bir ədəd palto, dəyəri 150 manat olan iki ədəd kurtka, dəyəri 150 manat olan iki ədəd çəkmə, dəyəri 200 manat olan beş ədəd tuflilər, dəyəri 50 manat olan gəlinlik tuflisi, dəyəri 200 manat olan beş ədəd yay ayaqqabıları, dəyəri 60 manat olan üç ədəd krasovkalar, dəyəri 200 manat olan beş ədəd çantalar, dəyəri 80 manat dörd ədəd papaq şərf dəstləri, dəyəri 250 manat olan yeddi ədəd şalvarlar, dəyəri 200 manat olan səkkiz ədəd koftalar- yay üçün, dəyəri 300 manat olan on ədəd koftalar- qış üçün, dəyəri 100 manat olan üç ədəd jaketlər, dəyəri 100 manat olan üç ədəd pencək, dəyəri 250 manat olan dörd ədəd don- qış üçün, dəyəri'400 manat olan on ədəd donlar- yay üçün, dəyəri 20 manat olan gəlinlik şərfi, dəyəri 60 manat olan üç ədəd çətir, dəyəri 250 manat olan üç ədəd anasının ona aldığı donlar, dəyəri 150 manat olan hamam dəsti və xalatlar, dəyəri 1600 manat olan şifoner 6 qapılı malaziya mebel, dəyəri 500 manat olan taxt-iki nəfərlik, dəyəri 160 manat olan iki ədəd taxt tumbası, dəyəri 550 manat olan bir ədəd güzgülü kamot, dəyəri 100 manat olan bir ədəd kamod üçün puf, dəyəri 300 manat olan bir ədəd çarpayı, dəyəri 400 manat olan bir ədəd stol-böyük, dəyəri 400 manat olan səkkiz ədəd stul, dəyəri 150 manat olan bir ədəd stol- kauçuk korieni böyük, dəyəri 180 manat olan altı ədəd stul -kauçuk, dəyəri 550 manat olan bir ədəd divan, dəyəri 300 manat olan iki ədəd kreslo, dəyəri 80 manat olan divan- kreslo örtüyü dəsti, dəyəri 500 manat olan bir ədəd televizor- plazma “Samsung", dəyəri 150 manat olan bir ədəd televizor (altı şüşədən), dəyəri 200 manat olan bir ədəd jurnal stolu şüşədən, dəyəri 1000 manat olan bir ədəd soyuducu- iki qapılı beko, dəyəri 850 manat olan bir ədəd paltaryuyan 6 kq beko, dəyəri 150 manat olan bir ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd sərinkeş, dəyəri 200 manat olan bir ədəd xrustal çilçiraq- 8 şamlı, dəyəri 100 manat olan bir ədəd DVD-İ, bir ədəd videomaqnitafondan- maqnit lentli, dəyəri 50 manat olan bir ədəd ütü stolu- böyük, dəyəri 80 manat olan bir ədəd ütü- tefal, dəyəri 220/manat olan bir ədəd ət şşkqn maşın- elektrikli Yepos, dəyəri 100 manat olan bir ədəd sokçəkən, dəyəri 30 .manat olan bir ədəd mikser- elektrikli, dəyəri 100 manat olan bir ədəd samovar- elektrikli, dəyəri 150 manat olan bir ədəd tozsoran, dəyəri 25 manat olan bir ədəd çaydan- elektrikli, dəyəri 20 manat olan bir ədəd tefal çaynik, dəyəri 35 manat olan ev qızdırıcısı- qırmızı üç sipirallı, dəyəri 580 manat olan bir ədəd kondisioner- super max, dəyəri 25 manat olan bir ədəd elektrik sobası- çaynik qoymaq yeri olan, dəyəri 30 manat olan bir ədəd divar saatı, dəyəri 40 manat olan bir ədəd blenderd- elektrikli, dəyəri 25 manat olan ədəd ətçəkən maşın- əl ilə, dəyəri 20 manat olan bir ədəd ləpə çəkən, dəyəri 20 manat olan bir ədəd balon bağlayan maşın- Mikser (Nicer Dicer), dəyəri 40 manat olan bir ədəd gecə lampası- sensorlu, dəyəri 60 manat olan iki ədəd gecə lampası- rəngli, dəyəri 50 manat olan bir ədəd Maşınka- 3 piltəli, dəyəri 100 manat olan bir ədəd taxt yorğan-üzü ilə, dəyəri 280 manat olan dörd ədəd Yorğan- üzü ilə, dəyəri 150 manat olan bir ədəd taxt döşək- üzü ilə, dəyəri 210 manat olan üç ədəd döşək- tək nəfərlik üzü ilə, dəyəri 150 manat olan altı ədəd balınc- üzü ilə, dəyəri 40 manat olan iki ədəd balınc- uzunsov üzü ilə, dəyəri 80 manat olan səkkiz ədəd nalça- üzü ilə, dəyəri 80 manat olan bır ədəd adyal- taxt üçün qırmızı, dəyəri 150 manat olan taxtdan- örtüyü vipiine 1 dəst, dəyəri 200 manat olan taxt örtüyü dəsti (balıncları ilə birgə), dəyəri 100 manat olan iki ədəd qış yorğanı- alınma, dəyəri 60 manat olan iki ədəd yay yorğanı -alınma, dəyəri 40 manat olan iki ədəd yay adyalı- qırmızı, dəyəri 80 manat olan dörd ədəd yay adyalı, dəyəri 2000 manat olan dörd ədəd (iki ədəd qırmızı, iki ədəd maloşnıy) xalça - böyük, dəyəri 500 manat olan iki ədəd xalça- nənəsi alan, dəyəri 200 manat olan bir ədəd xalça- ad gününə alınıb qırmızı, dəyəri 350 manat olan darojka- yaşıl rəngli 6 metrə, dəyəri 260 manat olan bir ədəd uşaq çarpayısı- böyük döşəyi ilə, dəyəri 100 manat olan iki ədəd adyal- buxovi rusiya, dəyəri 80 manat olan dörd ədəd divan- üçün balınclar silikon, dəyəri 50 manat olan iki ədəd pakrıval- vilur, dəyəri 130 manat olan bir ədəd piletka- ağ iki gözlü stol üstü, dəyəri 160 manat olan iki ədəd paltarasan- veşilka ayaqlı hündür, dəyəri 20 manat olan bir ədəd neft lampası, dəyəri 20 manat olan bir ədəd dəmir termos- 12 stəkanlıq, dəyəri 15 manat olan bir ədəd uşaq termosu- qızılı, dəyəri 10 manat olan bir ədəd su qızdıran- elektrikli, dəyəri 50 manat olan bir ədəd suşilka- qab üçün dəmir, dəyəri 40 manat olan zərli konfet qabı- böyük qapaqlı, dəyəri 220 manat olan on bir ədəd hamam dəsmalı (1 ədədi- 20 manat), dəyəri 120 manat olan on iki ədəd əl-üz dəsmalı (1 ədədi-10 manat), dəyəri 40 manat olan iki ədəd yer süfrəsi- 4m x 4m alınma, dəyəri 50 manat olan altı ədəd nabor- skater+salfetkalı, dəyəri 10 manat olan altı ədəd çit salfetka, dəyəri 30 manat olan altı ədəd çay dəsmalı qutuda, dəyəri 50 manat olan bir ədəd süfrə stolüstü, dəyəri 40 manat olan iki ədəd naketka, dəyəri 50 manat olan iki ədəd jurnal stolu üstü - tül, dəyəri 150 manat olan üç ədəd böyük skater, iki ədəd kiçik süfrə, dəyəri 80 manat olan iyirmi dörd ədəd (12 ədəd + 12 ədəd paçkada) çay dəsmalın, dəyəri 20 manat olan iki ədəd balınc üzlüyü- qırmızı, dəyəri 30 manat olan iki ədəd balınc üzlüyü- dedron, dəyəri 70 manat olan altı ədəd skater oledron və altı ədəd salfetkası, dəyəri 50 manat olan bir ədəd skater- böyük, dəyəri 50 manat olan iki ədəd kiyonka- hazır paçkada, dəyəri 40 manat oian bir ədəd süfrə- (klyonka) hazır paçkada ağ rəng, dəyəri 10 manat oian süfrə- (kiyonka) şəffaf 2 metr, dəyəri 50 manat olan bir ədəd üzlük çanta- dəst, dəyəri 70 manat olan iki ədəd taxt üçün üzlük- ağ rəngli rusiya, dəyəri 30 manat olan bir ədəd taxt üçün üzlük- ağ rəngli, dəy'əri 25 manat olan bir ədəd tək üzlük- krujevalı, dəyəri 40 manat olan iki ədəd tək yataq üzlüyü- krujevalı rusiya, dəyəri 30 manat olan iki ədəd balınc üzlüyü- krujevalı rusiya, dəyəri 30 manat olan bir ədəd bahalı taxt üzlüyü- mavi, dəyəri 40 manat olan bir ədəd üzlük dəsti- güllü, dəyəri 40 manat olan hamam dəsmalı- dəsti qutuda, dəyəri 70 manat olan bir ədəd adyal- buxovu taxt üçün, dəyəri 80 manat olan iki ədəd üzlük- taxt üçün, dəyəri 200 manat olan taxt örtüyü- dəst pərdəsi ilə, dəyəri 40 manat olan iki ədəd süfrə- (kiyonka) 2 metr linenium, dəyəri 20 manat olan bir ədəd süfrə (kiyonka), dəyəri 60 manat oian iki ədəd yataq örtüyü (pakrıval) Rusiya, dəyəri 20 manat olan on ədəd şifoner üçün asılqan- -kauçuk, dəyəri 100 manat olan tək alminium qazafv böyük toy qazanı, dəyəri 150 manat olan dörd ədəd müxtəlif aliminium qazan- rus qazanı, dəyəri 25 manat olan bir ədəd nikkel qazan- tək kiçik, dəyəri 70 manat olan üç ədəd müxtəlif tava dəsti, dəyəri 5 manat olan bir ədəd alminium sini- tək, dəyəri 25 manat olan bir ədəd nikkel qulplu tava, dəyəri 15 manat olan bir ədəd çuqun kiçik qəfədan, dəyəri 30 manat olan bir ədəd çuqundan- böyük ağ güllü yağ qabı, dəyəri 30 rhänat olan bir ədəd çuqundan- böyük rusiya boşqab, dəyəri 30 manat olan iki ədəd çuqun kiçik boşqab (rusiya), dəyəri 10 manat olan bir ədəd çuqun kiçik dolça (rusiya), dəyəri 35 manat oian iki ədəd çuqun orta boşqab (rusiya), eləyəri 15 manat olan bir ədəd çuqun böyük dolça (rusiya), dəyəri 15 manat olan bir ədəd çuqun dolça- qulplu (rusiya), dəyəri 25 manat olan bir ədəd çuqun yağ qabıorta boy (rusiya), dəyəri 80 manat olan iki ədəd çuqun vedrə- böyük güllü qapaqlı (rusiya), dəyəri 30 manat olan bir ədəd çuqun böyük qazan (rusiya), dəyəri 20 manat olan bir ədəd çuqun ləyənçə (rusiya), dəyəri 100 manat olan üç ədəd çuqun qazan dəsti- güllü (rusiya), dəyəri 80 manat olan bir ədəd çuqun qazan dəsti (İran), dəyəri 90 manat olan bir ədəd çuqun ləyən- orta boy (rusiya), dəyəri 40 manat olan bir ədəd çuqun ləyən –böyük (rusiya), eləyəri 30 manat olan bir ədəd Aura qazan- tək qutuda, dəyəri 100 manat olan bir ədəd Rusiya çay dəsti- 6 nəfərlik, dəyəri 320 manat olan nahar dəsti- madonna, dəyəri 220 manat olan çay dəsti- qızılı boşqabları olan, dəyəri 30 manat oian Tefal böyük şüşə qapaqlı tava, dəyəri 30 manat olan üç ədəd sini dəsti, dəyəri 25 manat olan üç ədəd padnos (yumuru iki ədəd, nikkel bir ədəd), dəyəri 10 manat olan bir ədəd nikkel ləyənçə, dəyəri 5 manat olan bir ədəd nikkel boşqab, dəyəri 5 manat olan bir ədəd nikkel böyük dolça, dəyəri 10 manat olan bir ədəd nikkel kiçik tava dəyəri 60 manat olan üç ədəd qəfədan dəsti, dəyəri 30 manat olan bir ədəd aliminum qapaqlı tava, dəyəri 10 manat olan bir ədəd aliminum boşqab, dəyəri 100 manat olan iki ədəd ırıətbəxt naboru güllü (ukrayna), dəyəri 35 manat olan bir ədəd mətbəxt naboru nikkeldən, dəyəri 20 manat olan taxta çömçə, qaşıq dəsti, dəyəri 10 manat olan taxta tefal dəsti, dəyəri 20 manat olan 10 ədəd boşqab qoymaq üçün altlıq, dəyəri 20 manat olan on iki ədəd bıçaq naboru- qara dəstli, dəyəri 10 manat olan bir ədəd böyük bıçaq- ət kəsmək üçün, dəyəri 3 manat olan bir ədəd bıçaq, dəyəri 05 manat olan bir ədəd böyük qayçı, dəyəri 3 manat olan bir ədəd balıq götürən, dəyəri 5 manat olan bir ədəd bıçaq- cib üçün, dəyəri 1 manat olan şəkərbura naqqaşı, dəyəri 10 manat olan kartof kəsən,-kartof soyan, dəyəri 2 manat olan 01 ədəd kauçuk xəkəndaz, dəyəri 5 manat olan bir ədəd bişmə şotkası, bir ədəd kiçik qayçı, dəyəri 20 manat olan altı ədəd limon çəngəli və qoz sındıran, dəyəri 5 manat olan bir ədəd taxta çömçə, dəyəri 50 manat olan iyirmi beş ədəd böyük nikkei qaşıq, dəyəri 25 manat olan iyirmi beş ədəd nikkel qaşıq, dəyəri 50 manat olan iyirmi beş ədəd nikkel çəngəl nerjavinka, dəyəri 20 manat olan altı ədəd nikkel böyük bulud qaşığı- nejavinkadan, dəyəri 20 manat olan iki ədəd nikkel- sini yumru tovuz quşulu, dəyəri 10 manat olan bir ədəd tort bıçağı- qaşığı, naboru, dəyəri 50 manat olan bir ədəd qaşıq- çəngəl, bıçaq naboru, dəyəri 20 manat olan )oir ədəd ət baltası- bir ədəd bıçaq, dəyəri 7 manat olan bir ədəd dəmir xəkəndaz- bir ədəd kiçik kauçuk xəkəndaz, dəyəri 3 manat olan bir ədəd kilim yumaq üçün şotka, dəyəri 3 manat oları bir ədəd nikkel boşqab, dəyəri 10 manat olan bir ədəd göyərti doğramaq üçün nabor- bıçaqlı, dəyəri 8 manat olan bir ədəd kauçuq şəkər tozu qabı, bir ədəd sabun qabı, dəyəri 7 manat olan bir ədəd qurbağalı dolça, bir ədəd kauçuk varonka, dəyəri on manat olan bir ədəd qələm qoyan nabor, dəyəri 20 manat olan beş ədəd çuqun qazan, bir ədəd kaucuk qapaqlı qarzan, dəyəri 2 manat olan bir ədəd kauçuk dolça, dəyəri 5 manat olan iki ədəd kauçuk qənd qabı, dəyəri 30 manat olan üç ədəd çuğun qazan (iran), dəyəri 20 manat olan iki ədəd kauçuk günəbaxan meyvə qabı, dəyəri 10 manat olan iki ədəd kauçuk abxor, dəyəri 5 manat olan bir ədəd kauçuk güllü qırmızı meyvə qabı, dəyəri 3 manat olan bir ədəd taxta çörək doğrayan, dəyəri iki manat olan bir ədəd kauçuk kiçik ləyənçə, dəyəri 3 manat olan bir ədəd kauçuk qapaqlı su qabı, dəyəri 10 manat olan bir ədəd taxta qaşıq naboru, dəyəri 20 manat olan bir ədəd qənd, şəkər tozu, düyü qabı naboru, dəyəri 5 manat olan bir ədəd tort şiprisi, lampa şüşəsindən, dəyəri 15 manat olan bir ədəd almininium qəfadan, dəyəri 20 manat olan şüşə lamapa-neft lampası, dəyəri 6 manat olan iki ədəd saxsı dolça, dəyəri 7 manat olan bir ədəd mis çaynik, dəyəri 10 manat olan bir ədəd kauçuk kartof, soğan qabıdan- 3 mərtəbəli, dəyəri 10 manat olan on ədəd kürək bankası tibbi banka, dəyəri 5 manat olan bir ədəd düşbərə kəsəsn alət dəmir, dəyəri 3 manat olan bir ədəd kauçuk dolça, dəyəri 10 manat olan çuğun böyük karşok, dəyəri 10 manat olan bxor dəsti- 6 stəkanlıq şüşə, dəyəri 1-5 faränat olan bir ədəd kauçuk böyük vanna, dəyəri 3 manat olan bir ədəd palazçırpan, dəyəri 3 manat olan bir ədəd kauçuk aftafa, dəyəri 15 manat olan beş ədəd kauçuk vedrə, dəyəri 700 manat olan kondisioner, dəyəri 10 manat olan bir ədəd kauçuk zibil qabı, dəyəri 50 manat olan bir ədəd xrustal meyvə qabı, dəyəri 50 manat olan iki ədəd xrustal konfet qabı, dəyəri 30 manat olan iki ədəd zərli böyük vaza, dəyəri 10 manat olan on ədəd kürək bankası, dəyəri 24 manat olan on ədəd dərin dolma boşqabı, dəyəri 60 manat olan otuz ədəd boşqab- plov üçün, dəyəri 60 manat olan otuz ədəd boşqab- bozbaş üçün, dəyəri 60 manat olan otuz ədəd boşqab- salat üçün, dəyəri 50 manat olan bir ədəd xrustal böyük güldan, dəyəri 25 manat olan iki ədəd şüşə vedruşka konfet qabı, dəyəri 25 manat olan bir ədəd dördayaq və oxlov, dəyəri 60 manat olan altı ədəd xrustal hündür rumka, dəyəri 60 manat olan altı ədəd xrustal hündür bakal, dəyəri 50 manat olan altı ədəd xrrustal stopkabakalzərli, dəyəri 25 manat olan altı ədəd sok stəkanı, dəyəri 20 manat olan iki ədəd xrrustal külqabı, dəyəri 25 manat olan iyirmi beş ədəd nəlbəki- böyük çiyələkli, dəyəri 20 manat olan iyirmi beş ədəd nəlbəki- kiçik, dəyəri 30 manat olan on iki ədəd nəlbəki- xrustal böyük stəkan üçün, dəyəri 20 manat olan on iki ədəd nəlbəki- xrustal armudu stəkan üçün, dəyəri 70 manat olan on iki ədəd stəkanxurustal böyük 2 qutu, dəyəri 60 manat olan on iki ədəd stəkan- armudu kiçik 2 qutu, dəyəri 20 manat olan altı ədəd duzqabı- xurustal, dəyəri 20 manat olan altı ədəd sok stəkan- zərli, dəyəri 20 manat olan altı ədəd xrustal razetka (mürəbbə qabı), dəyəri 10 manat olan iki ədəd göy salfetka qabımadonna, dəyəri 20 manat olan iki ədəd xrustal külqabı, dəyəri manat 40 olan iki ədəd Madonna bulud, dəyəri 60 manat olan altı ədəd Madonna sous boşqabı, dəyəri 60 manat oları altı ədəd Madonna plov boşqabı, dəyəri 60 manat olan altı ədəd Madonna salat boşqabı, dəyəri 30 manat olan on iki ədəd böyük fincan, dəyəri 30 manat olan altı ədəd çaşka və qızılı nəlbəki, dəyəri 10 manat olan iki ədəd qızıl güllü çaşka, dəyəri 20 manat olan altı ədəd qutuda zərli stəkan, dəyəri 100 manat olan dörd ədəd xrustal lotka, dəyəri 40 manat olan iki ədəd çaynik -qızılgüllü saxsı, dəyəri 40 manat olan iki ədəd balıqlı vaza, dəyəri 40 manat olan on iki dəd şüşə qab, dəyəri 40 manat olan iyirmi dörd ədəd göy böyük nəlbəki, dəyəri 50 manat olan tort bulud və altı ədəd boşqabı, dəyəri 40 manat olan altı ədəd stəkan nəlbəki naboru, dəyəri 35 manat olan ağ madonna böyük çaynik, dəyəri 60 manat olan iki ədəd konfetqabı- qapaqlı xurustal, dəyəri 25 manat olan bir ədəd 3 mərtəbə madonna çərəz qabı, dəyəri 10 manat olan iki ədəd dolça şüşə, dəyəri 20 manat olan iki ədəd böyük şüşə- fiquru, dəyəri 50 manat olan nabor bulud və altı ədəd tort boşqabı, dəyəri 25 manat olan altı ədəd şüşə dondurma qabı, dəyəri 75 manat olan üç ədəd böyük saxsı çaynik, dəyəri 40 manat olan altı ədəd nabor konfetqabı- qutuda, dəyəri 40 manat olan iki ədəd ləpə qabı- şüşə qutuda, dəyəri 50 manat olan iki ədəd nabor- konfetqabı və bir ədəd şüşə sini, dəyəri 60 manat olan iki ədəd nabor- hündür xrustal vaza, dəyəri 70 manat oian bir ədəd madonna çaynik naboru, dəyəri 25 manat olan bir ədəd bulud və qaşıq- nabor qutuda, dəyəri 150 manat olan qozalı nabor boşqablar dəsti- 4 komplekt, dəyəri 72 manat olan qozalı salat boşqabı və on iki ədəd fincan, dəyəri 60 manat olan on iki ədəd qozalı kasa, dəyəri 15 manat olan bir ədəd alminium böyük ləyən, dəyəri 40 manat olan bir ədəd çuğun böyük ləyən-' güllü (rusiya), dəyəri 30 manat olan bir ədəd çuğun ləyən- orta boy (rusiya), dəyəri 18 manat olan bir ədəd döşəm əyuyan vedrə naboru, dəyəri 80 manat olan üç ədəd karniz mebelni, dəyəri 50 manat olan qapı və pəncərə pərdəsi, dəyəri 20 manat olan altı ədəd qozalı fincanqaşıqlı, dəyəri 15 manat olan altı ədəd nikkel şiş, dəyəri 35 manat olan bir ədəd divar saatı, dəyəri 100 manat olan bir ədəd çayni servis- qızılı çaynikli, dəyəri 12 manat olan iki ədəd böyük aliminium vedrə, dəyəri 3 manat olan bir ədəd vedrə kauçuk- qapaqlı, dəyəri 250 manat olan tefal qazan- tava böyük, kiçik, dəyəri 60 manat olan iki ədəd hündür xrustal konfet qabı- vaza, dəyəri 60 mang olan altı ədəd hündür xrustal rumka, çləyəri 10 manat olan bir ədəd kauçk- böyük ləyərl, dəyəri 30 manat olan 36 ədəd sadə şüşə stəkan- 6 qutu, dəyəri 20 manat olan iki'ədəd çuğun tək qulplu aşsüzən- ağ rəng, dəyəri 10 manat olan bir ədəd nikkel çaynik, dəyəri 40 manat olan üç ədəd nikkel çaynik dəsti, dəyəri 10 manat olan bir ədəd oyuncaq, dəyəri 60 manat olan on iki ədəd qara rəng fincan və nəlbəki komplekti, dəyəri 25 manat olan bir ədəd böyük oyuncaq (ayı), dəyəri 20 manat olan iki ədəd rəngli güldan,'dəyəri 20 manat olan iki ədəd rəngli meyvə qabı, dəyəri 25 manat olan iki ədəd aliminum aşsüzən, dəyəri 15 manat olan iki ədəd aliminum böyük teşt, dəyəri 10 manat olan iki ədəd rəngli abxor, dəyəri 100 manat olan ədəd suvenir balıq fiquru, dəyəri 100 manat olan ədəd əlgördü üçün bahalı taxt üzlüyü dəsti, dəyəri 70 manat olan üzlük dəsti qızıl gül toxunmalı taxt dəsti, dəyəri 70 manat olan tava qulplu içərisi bəzəkli qapaqlı, dəyəri 60 manat olan üç ədəd çuğun qazan- naboru şüşə qapaqlı, dəyəri 10 manat olan dəmir meyvə-tərəvəz sürtgəci, dəyəri 25 manat olan elektrikli qəfədan, dəyəri 35 manat oian ətdoğrayan dəst, dəyəri 05 manat olan iki ədəd çörək taxtası, dəyəri 10 manat olan iki ədəd çörəkqabı, dəyəri 20 manat olan dörd ədəd Kauçuk- sinilər uzun, yumru, dəyəri 30 manat olan bir ədəd adyal- tək nəfərlik kaşmir, dəyəri 30 manat olan Tefal qəfədan və çaynik dəsti, dəyəri 25 manat olan altı ədəd sok stəkan- uzun qızılı, dəyəri 50 manat olan fincan dəsti- dəmir setkalı çaynikli uzun qızılı, dəyəri 35 manat olan üzlük dəsti- göy güllü pambıq, dəyəri 3 manat olan bir ədəd tort qarışdıran- əl ilə, dəyəri 100 manat olan altı ədəd abxor dəsti- bahalı badələri, dəyəri 3 manat olan südsüzən, dəyəri 35 manat olan skater dəsti- pambıqdan, dəyəri 100 manat olan iki ədəd bahalı vaza, dəyəri 20 manat olan bir ədəd hamam dəsmalı- tək böyük, dəyəri 50 manat olan çaynikli fincan nəlbəkidən- servis, dəyəri 70 manat olan taxt üçün bahalı üzlük və yatağ üzlüyü dəsti, dəyəri 100 manat olan bahalı abxor dəsti -xurustal, dəyəri 30 manat olan altı ədəd ləyən- müxtəlif rəngli, dəyəri 30 manat olan bir ədəd çanta -adyal, dəyəri 40 manat olan iki ədəd hamam dəsmalı, dəyəri 30 manat olan iki ədəd yataq üzlüyü- tək pambıq, dəyəri 30 manat olan iki ədəd balınc üzü- pambıq, dəyəri 20 manat olan bir ədəd qozçəkən- əl ilə, dəyəri 20 manat olan keks qabları- böyük, kiçik, dəyəri 20 manat olan altı ədəd razetka- limon üçün, dəyəri 15 manat olan bir şüşə çaynik, dəyəri 50 manat olan iki çuğun qəfadan- sarı rəng, iki ədəd ağ rəng, dəyəri 30 manat oian iki ədəd qəndqabı- qapaqlı, dəyəri 30 manat olan iki ədəd qəndqabı- xurustal, dəyəri 30 manat olan iki ədəd qəndqabı- uzun vaza, dəyəri 10 manat olan müxtəllif qazanaltlığı nikkeldən, dəyəri 10 manat olan bir ədəd kauçuk qapaqlı sandıqça, dəyəri 20 manat olan dörd ədəd şüşə solfetka qabı, dəyəri 50 manat olan Servis çay dəsti (Kənan alıb), dəyəri 70 manat olan döşək- bir ədəd üzlüyü ilə, dəyəri 50 manat olan bir ədəd yorğan- üzlüyü ilə, dəyəri 20 manat olan bir ədəd balınc- üzlüyü ilə, dəyəri 50 manat oian bir ədəd uşaq beşiyi- əl işi, dəyəri 100 manat olan iki ədəd yer süfrəsi- 20 metr, dəyəri 03 manat olan xalça təmizləmək üçün şotka, dəyəri 50 manat olan bir ədəd çuqun böyük, hündür, mavi güllü qazan, dəyəri 40 manat olan iki ədəd suvenir- qızılı sini, dəyəri 40 manat olan iki ədəd armudu suvenir- qızılı sini, dəyəri 30 manat olan üç ədəd sini- dəsti yumru, dəyəri 40 manat olan sini dəsti- kvadrat quluplu zərli, dəyəri 25 manat olan şüşə fincan və nəlbəki dəsti qutuda, dəyəri 50 manat olan beş ədəd qrafin, dəyəri 60 manat olan ayaqlı hündür mürəbbəqabı və altı ədəd razetka, dəyəri 50 manat olan tefal şüşə qapaqlı böyük qırmızı tava, dəyəri 30 manat olan şüşə salat qabı- fincan formalı qutuda 12 ədəd ibarət, həmin əşyalar naturada, mümkün olmadıqda isə çatışmayan əşyaların ayrı-ayrılıqda dəyəri pul şəkilində cavabdeh Şəxs alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 14 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 saylı, 2(039)-3516/2017 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. 11925/2022-4-26/1 saylı, 31 oktyabr 2022-ci il tarixli “İnkasso sərəncamı”ndan görünür ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şəxs məxsus pensiya kartına tutma yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 saylı icra sənədini üzürsüz səbəbdən icra etməməsi halını təsdiq edən hal yoxdur. Şəxs məhkəmə iclasında və 02 noyabr 2022-ci il tarixdə icra şöbəsində verdiyi izahatlardan görünür ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmamış, icra sənədində göstərilən əmlakların götürülməsinə şərait yaratmış və həmin əmlakların bir qismi götürülmüşdür. Hazırda icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi zamanı borclunun həmin tədbirlərin həyata keçirilməsinə mane olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında iştirak edən icra məmuru da tələbkar təkid etdiyindən inzibati xəta haqqında protokol tərtib etdiyini göstərmişdir. Bununla yanaşı, iş materiallarında olan 11925/2022-4-26/1 saylı, 31 oktyabr 2022-ci il tarixli “İnkasso sərəncamı”ndan görünür ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şəxs məxsus pensiya kartına tutma yönəldilmişdir ki, bu da icra sənədinin icrasının təmin edilməsi üçün qanunla məcburi icra tədbirlərinin həyata keçirilməsinin göstəricisidir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmasına dəlalət edən heç bir sübut iş materiallarına əlavə edilməmiş, əksinə, həm iş materialları ilə, həm də məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs bacardığı dərəcədə icra sənədinin icrasını təmin edən hərəkətlər etmiş, hazırda da hər ay onun əlilliyə görə aldığı pensiyadan tutulmalar həyata keçirilir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən uzun müdd müddət keçmiş, lakin icra məmuru tərəfindən məhkəmə qətnaməsi üzrə icra sənədinin verilməsindən uzun müddət sonra məhkəmə qətnaməsi icraya yönəldilmiş, icra məmuru həmin icra sənədinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (borclunun icra şöbəsinə dəvət edilərək izahatlarının alınması, borcluya məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə məsuliyyət barədə xəbərdarlıqların edilməsi və.s), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6210/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6210/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver