Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6212/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Orenburq şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 20 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-16(008)-203/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 zərərçəkmiş şəxs aliment borcunun ödənilməsini tələb etdiyini, tələbkar tərəfindən isə məhkəmə qətnaməsi qəbul olunduqdan sonra heç bir ödəniş edilmədiyini, dəfələrlə İcra Şöbəsinə çağırılmasına baxmayaraq çağırışlara gəlmədiyini və bugün axtarışla gəldiyini bildirmişdir. O, həmçinin barəsində inzibati qaydada icraat aparılan şəxsin hal-hazırda 1320 manat borcu olduğunu vurğulayaraq X4 alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etdiyini və bu ilin noyabr ayından etibarən hər ay iki uşaq üçün 440 manat əvəzinə 400 manat ödəyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Barəsində olan məhkəmə qətnaməsi onun iştirakı olmadan çıxarılmış və o, tələbin könüllü icrası haqqında bildirişi gec əldə etmişdir. Həmin bildirişi əldə etdikdən sonra iki dəfə hər dəfə 200 manat olmaqla, ümumilikdə 400 manat poçt vasitəsilə zərərçəkmiş şəxsə ödəniş etmişdir. Eyni zamanda uşaqlarını görmək üçün Şirvan şəhərinə getdikdə onlara müəyyən məbləğdə pul vəsaiti vermişdir. Şəxs məhkəmə iclasında bu ayın sonundan mütəmadi olaraq alimenti ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi qəbul edildikdən sonra Şəxs tərəfindən 400 manat ödənildiyini təsdiq edərək qalan aliment borcunu ödəmək üçün vaxt verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-16(008)- 203/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 17 iyul 2023-cü il il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-16(008)-203/2023-012 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş Şəxs göndərilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərara əsasən Şəxs Npvruz oğlu barəsində axtarış elan edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(008)-4860/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən etibarən iddiaçı Zərərçəkmiş şəxs ilə birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat olmaqla sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, lakin işləmədiyindən aliment borcunu tam məbləğdə ödəmədiyini və bundan sonra hissə-hissə ödəniş bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, o cümlədən tələbin könüllü icrası haqqında bildirişi gec alması, lakin bununla yanaşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən 400 manat zərərçəkmiş şəxsə ödəməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmamış, hal-hazırda işləməməsinə baxmayaraq icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə qismən ödəniş etmiş, zərərçəkmiş şəxs isə qalan aliment borcunu ödəmək üçün Şəxs vaxt verilməsinə etiraz etməmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən ümumilikdə 400 manat ödəniş etdiyi öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə aktının icraya yönəlməsindən 03 aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi, icra şöbəsinə dəvət edilərək xəbərdarlıqlar edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, lakin buna baxmayaraq aliment məbləğini ödəməkdən yayınmayaraq qismən ödəniş etməsi, o cümlədən bu faktın zərərçəkmiş şəxs tərəfindən təsdiq edilərək borcluya aliment borcunu ödəmək üçün vaxt verilməsinə etiraz etməməsi faktı öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6212/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6212/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver