Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6215/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Kororğlu metrosu istiqamətindən Maştağaya doğru Sabunçu yol qovşağı ilə qanuni əsaslarla idarə etdiyi “HONDA CİVİC HİBRİD MİNİK” markalı, “**-DM-***” dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən “**-YP-***” dövlət qeydiyyat nömrəli DYP avtomobili ona saxla əmrini verdi. Əməkdaş ondan sənədlərini tələb etdi. Daha sonra avtomobil üzərində həbs olduğunu bildirdi. Daha sonra dedi ki, içkililiyi yoxlamalıyıq. Əlində tester ilə yoxladı və ona dedi ki, elə bil içkiliyə oxşayırsan, gedək Maştağada yoxlamadan keçək. O ona içmədiyini və içkili vəziyyətdə olmadığını desə də faydası olmadı. Əməkdaşın tələbinə əməl edib onunla Maştağada yerləşən tibbi müayinəyə getmişdir. Ondan öncə əməkdaş həkimin yanına girib 20 dəqiqə ərzində söhbət apardı. Daha sonra o həkimə yaxınlaşmış və həkim ondan testerə üfürməyini istəmişdir. O üfürmüş və demişdir ki, aşağı faiz göstəricidə içki qeyd olunur. O qanından analiz götürülməsini tələb etsə də həkim ondan tibbi müayinə üçün analiz götürməmişdir. O oradan çıxan kimi dostu ilə birgə boltdan taksi sifariş verib 25 dəqiqə ərzində respublika narkoloji dispanserə tibbi müayinəyə getmişdir. Dispanserdə yoxlanılmış və içkililik qeydə alınmadığı bildirilmişdir və bu barədə ona müayinə protokolu verilmişdir. Buna baxmayaraq DYPİ barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 -ci madəsi ilə protokol tərtib etmiş, qərar qəbul edərək onu 400 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Hesab edir ki, Bakı şəhər BPİ DYP İdarəsinin bu qərarı tamamilə qanunsuzdur, əsassızdır, ləğv ediməli, iş üzrə icraata xitam verilməlidir. Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, mötəbər sübutlara istnad olunmamışdır. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM- nin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəmdə inzibati xəta haqqında icraat aparılan şəxs kimi ona lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə o inzibati xəta haqqında iş üzrə materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarımdan məhrum edilmişdir. Eyni zamanda, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin, ona Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi barədə ptotokolda müvafiq qeydiyyat aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də protokol və qərar qanunverciliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati xəta haqqında icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Qeyd olunanların nəzərə alınaraq, Bakı şəhər DYPİ-nin “TP 6732320” nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixində saat 02:35-də “HONDA CİVİC HİBRİD” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərən nəqliyyat vasitəsini idarə etmək hüquq olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir; 30 iyul 2024-cü il tarixli, 2/40950 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin gün saat 03:20-də X4 alkoqolun miqdarı 0,00 promil müəyyən olunmuşdur; Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 30 iyul 2024-cü il tarixli 1/806 nömrəli aktdan görünr ki, həmin tarixdə saat 02:00-da X4 alkoqolun miqdarı 0,309 promil müəyyən olunmuşdur; Respublika Narkoloji Mərkəzi X10 16 sentyabr 2024-cü il tarixli xx/xx-10584 nömrəli məktubundan görünür ki, vətəndaş X7 xx.xx.2024-cü il tarixdə saat 03:20 radələrində sərxoşluğun bütün hallarının təyini məqsədi ilə yuxarıda adı göstərilən mərkəzdə tibbi müayinədən keçirilmiş, 2/40950 nömrəli Protokola əlavə tərtib olunmuşdur. Yoxlanılan şəxs ayıq müəyyən edilmişdir (0.00 promil). Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqadarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 xx.xx.2024-cü il tarixində saat 02:35-də “HONDA CİVİC HİBRİD” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, qərarı qəbul etmiş orqandan iş üzrə material tələb edilmiş, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X7 barəsində İXMnin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib eilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Lakin təqdim edilmiş materiallarda sözügedən protokola rast gəlinməmişdir. Bundan başqa, təqdim edilmiş materiallardan görünür ki, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli GP 24647222 saylı qərardadına əsasən X7 barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyatı üzrə Sabunçu rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 barəsində İXM-nin 333.1-ci maddəsi üzrə tərtib edilmiş tərtib edilmiş inzibati xəta haqqında iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-5417/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X7 barəsində protokol və sənədlər düzgün tərtib edilmədiyinə, təqdim edilmiş materialın natamam olması əsası ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nə geri qaytarılmışdır. Materialın məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq, həmin qərardadda göstərilən pozuntular aradan qaldırılmadan, qərarın Bakı şəhər DYPİ tərəfindən qəbul edilməsi üçün əsas olmuş hallar göstərilmədən xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ tərəfindən X3 İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinməklə 400 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa, X2 izahatında göstərmişdir ki, hadisə zamanı o içkili olmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 30 iyul 2024-cü il tarixli 1/806 nömrəli aktdan görünr ki, həmin tarixdə saat 02:00-da X4 alkoqolun miqdarı 0,309 promil müəyyən olunmuşdur; X1 məhkəməyə təqdim etdiyi 30 iyul 2024-cü il tarixli, 2/40950 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin gün saat 03:20-də X4 alkoqolun miqdarı 0,00 promil müəyyən olunmuşdur; Məhkəmənin verdiyi sorğuya cavab olaraq Respublika Narkoloji Mərkəzi X10 16 sentyabr 2024-cü il tarixli xx/xx-10584 nömrəli məktubundan görünür ki, vətəndaş X7 xx.xx.2024-cü il tarixdə saat 03:20 radələrində sərxoşluğun bütün hallarının təyini məqsədi ilə yuxarıda adı göstərilən mərkəzdə tibbi müayinədən keçirilmiş, 2/40950 nömrəli Protokola əlavə tərtib olunmuşdur. Yoxlanılan şəxs ayıq müəyyən edilmişdir (0.00 promil). Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil tənzimlənir; Göründüyü kimi, X7 1 saat 20 dəqiqə sonra sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçmiş, lakin onda alkoqolun miqdarının 0,00 promil olduğu müəyyən edilmişdir. Respublika Narkoloji Mərkəzi X10 16 sentyabr 2024-cü il tarixli xx/xx-10584 nömrəli məktubunda göstərildiyi kimi orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənsə belə, həmin vaxt Kamran Poladovda alkoqol miqdarı qalmış olmalı idi. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X12 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6215/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6215/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver