Məhkəmə qərarları › İş №3(008)-6227/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6227/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6227/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 17 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4232/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda Şəxs 2843 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs İslamov X10 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4232/2024 saylı icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 235 manat məbləğində sabit pul şəklində aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 50 manat pul və hüquqi yardım üçün ödənilən 70 manat məbləğində pul tutularaq X7 ödənilməsi nəzərdə tutulmuşdur. İşlədiyi müddət ərzində alimenti ödəmişdir, lakin işdən çıxdıqdan sonra maddi imkanı olmadığından və səhhəti ilə əlaqədar işləyə bilmədiyindən aliment borcunu ödəyə bilməmişdir. Eyni zamanda onu da bildirmək istəyir ki, vətən müharibəsi iştirakçısı olmuşdur, bu səbəbdən də səhhəti ilə bağlı bəzi problemlərlə qarşılaşır. Hazırda taksilik fəaliyyəti ilə məşğul olur. Ordan əldə etdiyi gəlir vasitəsilə aliment borcunu ödəyir, bundan sonra az-az aliment borcunu ödəyəcəkdir, əməlindən səmimi peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək göstərmişdir ki, xx.xx.2021ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 235 manat məbləğində sabit pul şəklində aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 50 manat pul və hüquqi yardım üçün ödənilən 70 manat məbləğində pul tutularaq ona ödənilməsi nəzərdə tutulmuşdur. Şəxs alimenti vaxtlı-vaxtında tam şəkildə ödəmir. Hazırda Şəxs 2843 manat məbləğində aliment borcu vardır. Uşağının problemləri ilə bağlı onu psixoloqa, loqopedə, fizioterapiyaya aparır, onların ödənişlərini özü ödəyir, lakin övladının bütün ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Bu halda Şəxs ondan tələb edilən alimenti ödəmir. Odur ki, aliment borcunun ona tam şəkildə ödənilməsini, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4232/2024 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 235 manat məbləğində sabit pul şəklində aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 50 manat pul və hüquqi yardım üçün ödənilən 70 manat məbləğində pul tutularaq X7 ödənilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 2(012)-4232/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli 2(012)-4232/2024 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1994-cü il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində axtarış elan edilmişdir; Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 17 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixli 2(012)-4232/2024 saylı icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Belə ki, işlədiyi müddət ərzində alimenti ödədiyini, lakin işdən çıxdıqdan sonra maddi imkanı olmadığından və səhhəti ilə əlaqədar işləyə bilmədiyindən aliment borcunu ödəyə bilmədiyini, eyni zamanda vətən müharibəsi iştirakçısı olduğunu, bu səbəbdən də səhhəti ilə bağlı bəzi problemlərlə üzləşdiyindən işləyə bilmədiyini, hazırda taksilik fəaliyyəti ilə məşğul olduğunu, ordan əldə etdiyi gəlir vasitəsilə aliment borcunu ödədiyini, qalan aliment borcunu da hissə-hissə ödəyəcəyini əsas gətirsə də, hazırki icra sənədi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını, şəxsin məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etməyə borclu olmasını, buna baxmayaraq Şəxs icra sənədini icra etməməsi qərəzli olaraq yayınma kimi qiymətləndirilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə borcun məbləğini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 17 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar