Məhkəmə qərarları › İş №3(008)-6250/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6250/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6250/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Baş X6i İdarəsinin adı məlum olmayan polis əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində idarə etdiyi “Hyundai Venue” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulması barədə ona məlumat verilmişdir. Barəsində əsassız olaraq protokol tərtib edilmiş və həmin protokol əsasında TP7633398 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunan qərarla razı deyil, çünki həmin vaxt sola və geriyə dönmə qaydalarını pozmamışdır. Qeyd olunan yerdə 1.11 nişanlanma xətti mövcud olmuş və həmin nişanlanma xətti hər zaman qorunmuşdur. 2024-cü ilin mart ayına qədər qoşa xətlər yenilənənə qədər 1.11 nişanlanma xətti öz əksini qoruyaraq saxlanmışdır. Nişanlanma xətləri yeniləndikdən sonra qəsəbə sakinlərinin şikayəti əsasında 1.11 nişanlanma xətti yenidən çəkilmiş və bununla bağlı ona rəsmi cavab məktubu təqdim olunmuşdur. Bundan əlavə, onun sola dönmək istədiyi yolda həm sola, həm də düzünə dönmə işarəsi mövcuddur. Lakin polis əməkdaşı mövcud işarələrə məhəl qoymayaraq, hər hansı araşdırma aparmadan barəsində əsassız protokol tərtib etmiş və onun əsasında qərar çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı- Pirşağı yolu (Kürdəxanı qəbiristanlığı və Araz Marketin yanı) üzrə 1.1 nişanlama xəttinin 1.11 nişanlama xətti ilə əvəz olunması barədə 12 mart 2024-cü il tarixli kollektiv müraciətinə aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) baxılmışdır. AYNA tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə sərnişindaşımanın təkmilləşdirilməsi, sərnişinlərin və piyadaların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Görülən işlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində nasaz olan sahə avadanlıqlarının təmir-bərpası, çatışmayan yol nişanlarının quraşdırılması, silinmiş xətlərin bərpası və zədələnmiş yol nişanlarının təmiri mərhələli şəkildə aparılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və 1.1 nişanlama xətti 1.11 nişanlama xətti ilə əvəz olunması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, materiala əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 19 aprel 2024-cü il tarixli məktubunu, bununla da nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi üçün 1.11 nişanlama xəttinin təşkil edildiyini və belə olan halda həmin yerdən sola dönmə hərəkətinin həyata keçirilməsinin inzibati xəta hesab edilməməsini nəzərə alaraq şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon X6 Şöbəsinin inspektoru X3 TP seriyalı, ******* nömrəli, 12 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar