Məhkəmə qərarları › İş №3(008)-6252/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6252/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6252/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 25 oktyabr 2023-cü il tarixli MN ******* saylı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokolda 206-cı maddənin mahiyyəti düzgün şəkildə əks olunmamışdır. Belə ki, protokolda inzibati xətanın mahiyyəti kimi AR SN Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən Şəxs sidiyindən AMP(+) aşkar edildiyi qeyd olunmuşdur. X1 Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasında qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi öz əksini tapmışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş sənədlər sırasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş və 13-cü Polis Şöbəsində təhqiqatçı tərəfindən Şəxs alınmış izahatda isə təhqiqatçının imzası olan qrafa boş qalmışdır. AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokolda şəxsin tutulduğu tarix aydın şəkildə qeyd olunmamışdır. Göstərilən bu hallar, səlahiyyətli orqan tərəfindən sənədlərin düzgün tərtib olunmamasına və natamam olmasına dəlalət edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti düzgün əks olunmadığından, iş materiallarına barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı əlavə edilmədiyindən, sənədlər natamam olduğundan və düzgün tərtib olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar