Məhkəmə qərarları › İş №3(008)-6256/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6256/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6256/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, AYN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X4 yazılı ərizə təqdim edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 Mirzəyev tərəfindən verilmiş ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə-iyirmi manat məbləğində cərimə edilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır(İXM-nin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Məhkəmə hesab edir ki, şikayət ərizəsi ilə müraciət etmək və həmin ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmək şəxsin hüququ olduğundan onun şikayət ərizəsini baxılmadan geri tələb etmək hüququnun olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN seriyalı, ******* saylı elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, AYN seriyalı, ******* saylı qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar